Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"O demək deyil ki, kiminsə yerinə cəzanı mən çəkməliyəm" - İlkin Süleymanov

Tarix: 14-02-2024 17:23     Baxış: 3123 A- / A+
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Manevr.az teleqraf.com-a istinadla xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə İlkin Süleymanov çıxış edib.
O bildirib ki, onun günahsızlıöımgec-tez məhkəmə tərəfindən sübuta yetiriləcək: “Əsl cinayətkarı tapa bilmirlərsə, tapmaq istəmirlərsə, o demək deyil ki, kiminsə yerinə cəzanı mən çəkməliyəm. Təcridxanada müstəntiq Nadir Mirzəyevə dedim ki, mənim bu işə aidiyyətim olmadığını özünüz də yaxşı bilirsiniz. Cavab verdi ki, “neyləmək olar, bəzən təqsirsiz adamlar da tutulur, sonradan buraxılır, buraxılmayanlar da olur. İnanıram ki, bu proses gec-tez mənim xeyrimə bitəcək. Mən törətmədiyim cinayətin cəzasını çəkmək istəmirəm”.
İlkin Süleymanovun sözlərinə görə, ona törətmədiyi cinayətə görə,18 il cəza verilib. O bildirib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanov məhkəmədə ortaya çıxan həqiqətlərə əhəmiyyət verməyib, ittiham aktında yazılanları hökmə köçürməklə işini bitmiş sayıb.
İlkin Süleymanov apellyasiya şikayətini əsaslandırarkən evlərinin qarşısındakı yanğını necə görməsindən tutmuş, işgəncələrə məruz qalması, Nərminin valideynlərinin ifadələrindəki ziddiyyətlər, ekspert rəylərinə qədər bir çox məsələlərdən danışıb. O vurğulayıb ki, yandırılan meyitin Nərminə məxsus olduğuna ciddi şübhələr var: “Nərminin qan qrupu IV qrup olub. Bunu onun şəxsiyyət vəsiqəsi də, sonradan Tovuz rayon Xəstəxanasının mənim vəkilimə göndərdiyi cavab da təsdiqləyir. İşin içində genetik ekspertizanın rəyi var ki, guya tapılan meyit bu ata-ananın övladıdır. Ekspert rəyinə görə, meyitdən ekspertiza üçün cəmi 30 millilitr qan götürülüb. Amma genetik ekspertizaya 80 millilitr təqdim olunub. Bu necə ola bilər? Deməli, o qanın başqasından götürüldüyünü düşünməyə əsas var”.
Təqsirləndirlilən şəxs qeyd edib ki, azyaşlının valideynləri bu işin üstünün açılmasında, gerçək cinayətkarın tapılmasında maraqlı deyil. O, yada salıb ki, tapılan meyitin Nərmin olmasıyla əlaqədar şübhələrə görə onlar eksqumasiya (məzarın açılması və ekspertiza keçirilməsi) barədə vəsatət qaldırıblar. Lakin valideynlər etiraz ediblər: “Bu işə qanuni qiymət verilməsini istəməyənlərdən biri də onlardır. Başa düşürlər ki, qanuni nəticə həm də onların özlərinin ziyanına ola bilər. Uşaq itkin düşən gün məktəbdən icazə alıb tez gəlib. Valideynləri deyir ki, xəstə olub. Ata sağlam qızını qoyub, niyə xəstə uşağı gödəkçə arxasınca göndərirdi? O biri qızı gəlib bacısının əmisigildə olmadığını deyəndən sonra da uşağı axtarmır, kiməsə zəng eləmir. Əksinə, axşam qardaşlarıyla qonşu kəndə şadlıq məclisinə gedir".
Təqsirləndirilən şəxsin sözlərinə görə, ittihamda onun Nərmini övladlığa götürmək niyyətilə oğurladığı iddia olunur, bu da absurddur. İlkin Süleymanov deyib ki, uşaq götürüb saxlamaq istəsəydi, bacı-qardaşlarının, başqa qohumlarının xeyli övladları var, onlardan birinə qayğı göstərərdi.
O, ifadəsinin sonunda yada salıb ki, istər başqa ölkələrdə, istərsə də Azərbaycanda təqsirsiz adamların törətmədiyi qətl hadisələrində suçlanıb, uzun illər həbsdə saxlandıqdan sonra bəraət alması halları çox olub.
İlkin Süleymanov bu yaxınlarda Azərbaycanda baş vermiş iki nümunəni sadalayıb. Bunlardan birində iki nəfərin qətlində təqsirli bilinib, ömürlük həbsə məhkum edilən Aydın Qəhrəmanov 9 il 5 ay sonra bəraət alaraq, azadlığa buraxıldı. İkincisi isə qətl ittihamıyla 11 il cəza alıb, 4 ilə yaxın həbsdə saxlandıqdan sonra 2023-cü ilin dekabrında bəraət hökmüylə azadlığa buraxılan Polad İsmayılovdur.
Nərminin atası, zərərçəkmişin hüquqi varisi qismində tanınan Şərif Quliyevin çıxışı isə qısa olub. Deyib ki, İıkin Süleymanov tutulandan sonra cinayəti etiraf edib. Onun etiraf videosu da var: “Boynuna alıb, etiraf edib. Bu törətdibsə, boynuna alıbsa, bu cəzalansın".
Şəri Quliyevin vəkili isə bildirib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin İlkin Süleymanova kəsdiyi 18 il azadlıqdan məhrumetmə yüngül cəzadır. O, təqsirləndirilən şəxs və müdafiəçilərinin birinci instansiya məhkəməsində ədalətli araşdırma aparılmaması barədə dediklərilə də razılaşmayıb. Vurğulayıb ki, iki ilə yaxın məhkəmə araşdırması gedib.
Daha sonra prokuror isə deyib ki, İlkin Süleymanova verilən cəzanı obyektiv hesab edirlər. Onun sözlərinə görə, məhkəmə dövlət ittihamçısının təklifinə uyğun cəza kəsib.
Prokuror tapılan meyitin Nərmin olmasıyla bağlı şübhələrin əsassız olduğunu bildirib. O, əlavə edib ki, genetik ekspertiza bunu təsdiqləyib.
Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlkin Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib.İlkin Süleymanov günahsız olduğunu deyir və ittihamı qəbul etmir. Onun vəkilləri tərəfindən verilən aspellyasiya şikayətində bəraət hökmünün çıxarılması istənilib.
İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İstintaq-əməliyyat qrupu tərəfindən İlkin Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, Nərmin Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar