Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Əməkdar artist: "Məndən sonra növbəyə dayananların hamısı mənzillə təmin olundu... "

Tarix: 15-02-2024 10:16     Baxış: 3135 A- / A+

Manevr.az Əməkdar artist Emira İbrahim qızı Həşimovanın redaksiyanın elektron poçtuna ünvanladığı məktubu təqdim edir:

"Azərbaycan Respublikasının Prezidenti
Möhtərəm İlham Əliyev Cənablarına

Surəti: Azərbaycan Respublikasının Birinci Vitse-
Prezidenti Hörmətli
Mehriban Xanım Əliyevaya

Surəti: Heydər Əliyev Fondunun Vitse-Prezidenti
Hörmətli Leyla Xanım Əliyevaya

Surəti: Azərbaycan Respublikasının Mədəniyyət
Naziri cənab Adil Kərimova

Öncə, Azərbaycan Respublikasında keçirilən Növbədənkənar Prezident seçkilərində yüksək faizlə səs toplamağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinizə, mədəniyyət xadimlərinə göstərilən sonsuz qayğı və dəstəyinizə görə Sizə dərindən minnətdarlıq edirəm. Mən Həşimova (Əhmədova) Elmira İbrahim qızı əmək fəaliyyətinə 1969-cu ildən Sumqayıt Dram Teatrında başlamışam. 1982-ci ildən isə Azdramada işləmişəm.

1982-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbayn SSRİ-nin Əməkdar artisti adına layiq görülmüşəm. Azdramada Nəriman Nərimanov haqqında çıxış etdiyim “bütün şərq bilsin” adlı tamaşanı Heydər Əliyev Özü şəxsən izləmişdi. Tamaşanın sonunda şəkil də çəkdirdik (məktuba əlavə edilmiş fotoşəkildə soldan 2-ci) Mən 1982-ci ildən mənzil növbəsinə dayanmağıma baxmayaraq bu günə kimi mənizil ala bilməmişəm. Məndən sonra mənzil növbəsinə dayananların hamısı mənzillə təmin olunsalar da mən bu günə kimi Sumqayıt şəhər, 14-cü məh., ev-19a, mənzil-27 ünvanında kirayədə tək yaşayıram. Həyat yoldaşım vəfat edib. Sizdən artıq dərəcədə xahiş edirəm, Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan SSRİ-nin əməkdar artisti adına layiq görülməyimi, 1982-ci ildən mənzil nöbəsində dayanmağımı, lakin ala bilmədiyim üçün hazırda kirayədə yaşadığımı nəzərə alaraq 1 otaqlı mənzillə təmin olunmağım üçün məndən də Öz köməyinizi əsirgəməyəsiniz. Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm. 

Hörmətlə; Emira İbrahim qızı Həşimova (Əhmədova) 
13 fevral 2024-cü il 
Ünvan : Sumqayıt ş., 14-cü məh., 
ev-19a, mənzil-27 Telefon : 055 208-99-96"

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar