Xəbər lenti
“Duolingo ilə İngilis dili hamı üçün əlçatandır!” layihəsi çərçivəsində təşkil olunmuş İngilis dili kursunun yekun təlimi keçirilib -ŞƏKİLLƏR

11 fevral 2024-cü il tarixdə Göyçay rayon Qaraxıdır kənd tam orta məktəbində ingilis dili kursunu yekun təlimi baş tutub. Təlimdə tərəfdaş təşkilat olaraq Gənclərin Karyera və İnkişaf Mərkəzinin Dağlıq Şirvan Regional İdarəsinin direktoru Coşqun İsmayılov və GKİM Dağlıq Şirvan Regional İdarəsinin əməkdaşları iştirak edib. Layihə çərçivəsində Göyçay rayon Qaraxıdır kənd tam orta məktəbində Göyçay rayonunda şəhid və qazi ailələrindən, həmçinin müharibə iştirakçısı olmuş və sosial təminatı aşağı olan ailələrdə böyüyən V-VIII sinif şagirdləri üçün 3 aylıq ödənişsiz İngilis dili kursu fəaliyyət göstərib. İngilis dili kursunun təlim proqramına uyğun olaraq təlimçi Günay süleymanova tərəfindən müdavimlərə ingilis dilində oxumaq, yazmaq, dinləyib- anlamaq bacarıqları öyrədilməklə kursun təlim proqramına uyğun olaraq "People", "Lifestyle", "Professions", "Travelling" bölmələri tədris edilib. Qeyd edək ki, “Duolingo ilə ingilis dili hər kəs üçün əlçatandır!” adlı layihənin məqsədi Göyçay rayonunda şəhid və qazi ailələrindən, həmçinin müharibə iştirakçısı olmuş və sosial təminatı aşağı olan ailələrdə böyüyən V-VIII sinif şagirdlərinin ingilis dili biliklərini möhkəmləndirmək, onların ingilis dilində oxumaq, yazmaq, dinləyib-anlamaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Layihə rəhbəri Göyçay rayon Qaraxıdır kənd tam orta məktəbin İngilis dili müəllimi Rəxşəndə Həmidova, ingilis dili kursunun təlimçisi Günay Süleymanova, layihə üzrə ekspert Ziba Məmmədovadır. Layihə çərçivəsində Göyçay rayon Qaraxıdır kənd tam orta məktəbində 3 aylıq ödənişsiz İngilis dili kursu təşkil olunub, kursda təhsil alan 15 şagird ilkin test imtahanının nəticələrinə əsasən seçilib. Kursda hər 4 dərsdən bir 90 dəqiqəlik test imtahanı keçirilib, tədrisin nəticələri layihənin eksperti tərəfindən dəyərləndirilib. Layihənin bağlanış tədbirində 3 aylıq kursu bitirən müdavimlərə göstərdikləri nəticələrə müvafiq olaraq diplom və sertifikatlar təqdim ediləcəkdir.
Manevr.az








Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar