Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

İlknur haqda yeni cinayət işi başlanıldı

Tarix: 12-02-2024 10:13     Baxış: 4197 A- / A+



Dələduzluğa görə bacısı ilə birgə həbsdə olan İlknur Turkut haqda yeni cinayət işi başlanılıb.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, Turkut Binəqədi Rayon Polis İdarəsinə daxil olmuş vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib.
İttihama görə, İ.Turkut zərərçəkmiş Şirin Abbasova oğlunu həbsdən çıxara biləcəyi barədə yalan vəd verib. O, məhkəmə istintaqı davam edən işi həll etmək üçün zərərçəkmişdən 15 min manat pul alıb.
Bu günlərdə toplanmış materiallar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşi hakim Zamiq Bağırov araşdıracaq.
Qeyd edək ki, Binəqədi Qəsəbə Bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama), İ.Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli biliniblər. İttihama görə bacılar zərərçəkmiş şəxslərə yalan vəd verərək 1 milyon manata yaxın ziyan vurublar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar