Xəbər lenti
Bu məntəqələrdə seçkilərin nəticələri etibarsız sayıldı

Mərkəzi Seçki Komissiyası (MSK) bir sıra seçki məntəqələrinin nəticələrini etibarsız sayıb.
Manevr.az xəbər verir ki, bu barədə Komissiyanın bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
Məlumata görə, 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 38 saylı məntəqəsi, 61 saylı Qusar seçki dairəsinin 7 və 27 saylı seçki məntəqələri, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin 9 saylı seçki məntəqəsi, 68 saylı Sabirabad-Şirvan seçki dairəsinin 2 saylı seçki məntəqəsi, 77 saylı Lənkəran şəhər seçki dairəsinin 7 və 31 saylı seçki məntəqələri, 92 saylı Göyçay–Ağdaş seçki dairəsinin 6 saylı seçki məntəqəsi, 99 saylı Bərdə seçki dairəsinin 2 saylı məntəqəsi, 114 saylı Şəki şəhər seçki dairəsinin 1 və 115 saylı Şəki kənd seçki dairəsi üzrə 6 saylı seçki məntəqələrinin nəticələri etibarsız sayılıb və sözügedən seçki məntəqələrinin komissiyaları buraxılıb.
MSK sədrinin müavini deyib ki, nəticələri etibarsız sayılan seçki məntəqələrində seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən pozuntular aşkar edilib.
Seçkilərin nəticələri protokollar nəzərə alınaraq hesablanacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar