Xəbər lenti
Pulu alıb sifarişi göndərmirlər - Ehtiyatlı olun!

Son vaxtlar sosial şəbəkələrdə onlayn alış-veriş adı ilə saxta profil açanların sayının artması haqda paylaşımlar edilir.
Manevr.az xəbər verir ki, bununla bağlı vətəndaşlar sosial şəbəkə hesablarında narazılıqlarını bildiriblər.
Həmin şikayətçilərdən biri də Elvar Yəhyayevdir. O, instaqramda “cutluk.geyim” adlı səhifədən məhsul sifariş edib.
Müştəri etdiyi sifarişlərə görə həmin səhifənin göndərdiyi 4286 52** **** 5704 kart nömrəsinə 48 AZN ödəniş edib. Lakin sifariş verdiyi məhsul çatdırılmayıb. Daha sonra o, sifariş etdiyi adamlarla əlaqə saxlamağa çalışsa da, buna nail ola bilməyib.
.jpg)
Bununla yanaşı, bir neçə şikayətçi 5315 9921 **** **** hesab nömrəsinin sahibi, “brendshopping_aze” adlı instaqram səhifəsinin dələduzluğunun qurbanı olduğunu deyir. Bu kimi hallarla üzləşən vətəndaşlar qeyd edib ki, sözügedən saxta profillər haqqını istəyəni, irad bildirib tənqid edənləri “qara siyahı”ya atır.
Çoxsaylı şikayətlərlə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN-dən saytımıza bildirildi ki, şikayətlə əlaqədar zərərçəkən E.Yəhyayevin izahatı alınıb: “Həmin səhifənin adminlərinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir. Qeyd edək ki, DİN dəfələrlə onlayn platformalarda və sosial şəbəkələrdə istifadə olunan kiberdələduzluq metodları barədə vətəndaşlara xəbərdarlıq edərək onları diqqətli olmağa çağırıb.
Yaranmış fürsətdən istifadə edərək bir daha vətəndaşlara tanımadıqları şəxslərə, etibar etmədikləri səhifələrə onlayn qaydada ödəniş etməməyi tövsiyə edirik. Kibercinayətkarlıqla üzləşən şəxslər bu barədə polis orqanlarına məlumat verə bilərlər”.(qafqazinfo)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar