Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Gündə nə qədər spirtli içki qəbul etmək olar?

Tarix: 10-02-2024 19:48     Baxış: 4139 A- / A+


Gündə nə qədər  spirtli içki qəbul etmək olar?
Alimlər alkoqolun təhlükəsiz dozalarını müəyyən ediblər.
Xarici mətbuat xəbər verir ki, araşdırmalara görə, 40 yaşdan sonra spirt bir sıra funksiyalara müsbət təsir göstərə bilər.
Elm adamları spirtli içki qəbul edən gənclərin sağlamlıqlarına ciddi ziyan vurma riskini artırdıqlarını müəyyən ediblər. Bununla belə, 40 yaşdan yuxarı sağlam insanlar orta dərəcədə spirt istehlakından faydalana bilərlər. 
Mütəxəssislər qeyd edirlər ki, zərərli alkoqol istehlakına məruz qalan əhalinin əsas hissəsini 15-39 yaş arası kişilər təşkil edir. Məhz bu yaş qrupunda spirt ən böyük sağlamlıq riski yaradır.
15-39 yaş arası insanlar üçün tövsiyə olunan gündəlik spirtli içki qəbulu gündə 0,136 standart içkidir. 
Müxtəlif yaş qrupları üçün məqbul gündəlik spirt limitləri aşağıdakılardır:
39 yaşdan kiçik kişilər: 10 ml şərab və ya 38 ml pivə.
39 yaşdan kiçik qadınlar: 20 ml şərab və ya 100 ml pivə.
40-64 yaş arası insanlar: 50-200 ml şərab (sağlamlığından asılı olaraq) və ya 187-750 ml pivə.
65 yaşdan yuxarı insanlar: 300 ml şərab və ya 1 litrə qədər pivə.
Yeniyetmələr üçün spirt içməyin təhlükələri arasında beyin zədələnməsi də var. Alkoqol yemək borusuna, mədəyə, bronxlara, ağciyərlərə, həmçinin ürəyə zərər verir, onun ritmini, daralma tezliyini və ürək əzələsində metabolik prosesləri dəyişdirir. Alkoqolun daimi istehlakı qanın laxtalanmasının pozulmasına, qanın qoruyucu funksiyalarının azalmasına və oksigenin bütün bədənə daşınmasından məsul olan qırmızı qan hüceyrələrinin hərəkətinin yavaşlamasına səbəb olur.lent.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar