Sizin Reklam Burada
Xəbər lenti
25-02-2025
24-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ərzaqların qiyməti ucuzlaşa bilər

Tarix: 09-02-2024 15:56     Baxış: 4134 A- / A+
Dünyanın müxtəlif regionlarında  baş verən müharibələr və təbii fəlakətlər son illər daha da artıb. Sözügedən hadisələr bir sıra problemlərə də səbəb olur. Bu problemlərdən biri də ərzaq qıtlığıdır. Ərzaq qıtlığı da öz növbəsində bahalaşmaya səbəb olur. 
Maraqlıdır, 2024-cü ildə ərzaq qıtlığı gözlənilirmi?

Manevr.az bildirir ki, iqtisadçı-ekspert Xalid Kərimli mövzunu Bizim.Media-ya şərh edib.  
O qeyd edib ki, müharibələr və fəlakətlər vəziyyəti dəyişə bilər: 
“Bunlar hər zaman fors-major hallar sayılır. Çin-Tayvan, ABŞ-İran, Rusiya NATO və ya Yaxın Şərqdə hər hansısa bir müharibə olsa, çox şey dəyişəcək. Düzdür, risklər deyilir. Təbii fəlakət olduğu təqdirdə vəziyyət dəyişə bilər. 
Amma indiki reallıqda 2024-cü ildə ərzaq qıtlığı və ya qiymət artımı gözlənilmir. Əvvəlki illərlə müqayisədə inflyasiya tempinin aşağı düşəcəyi gözlənilir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) yanvar ayının statistikasını elan edib. Bu statistikaya əsasən, qiymət 1 faiz aşağı düşüb. 
Pandemiyadan sonra ərzaqların qiyməti sürətlə artmağa başladı. Bu, son 3 ilin ən aşağı qiymət indeksidir. Düzdür, pandemiyadan əvvəlki qiymətlərdən yüksəkdir, amma Rusiya-Ukrayna müharibəsinin effekti aradan qalxıb. Dənli bitkilərin qiymətində 2,2 faiz, ətin qiymətində isə 1,4 faiz azalma var. Azərbaycanda da qiymətlərin aşağı düşməsini gözləyirik”. 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar