Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Bir beçənin başını kəsməyən oğlum onun həyatına qəsd etdi”

Tarix: 09-02-2024 12:39     Baxış: 4234 A- / A+

“Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı məhkəmə araşdırması davam edir.
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
İş üzrə mühakimə edilənlər - sabiq rektor Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyev konvoy vasitəsilə məhkəməyə gətiriliblər.
İclasda şahid qismində qətlin icraçısı olduğu iddia edilən Samir Əliyevin anası Məlahət Quliyeva ifadə verib. Samir cinayət haqda ilk dəfə elə anasına etiraf edib.  Ana oğlunun günahkar olduğunu inkar etməsə də, onun tamahına qurban getdiyinə təəssüflənir. Oğlunu əziyyətlə böyüdüb-başa çatdırdığından danışan ana mərhum prorektorun ölümünə görə əzab çəkdiyini deyib: “Hər şeydən əvvəl mən anayam. Samiri min bir əziyyətlə, halal çörəklə böyütmüşəm. Kanalizasiya qazıb, daş daşıyıb evə çörək gətirirdi. Çox da sakit uşaq idi. Oğlum heç vaxt cinayətə meyilli olmayıb. Evin bir dənə beçəsinin başını kəsməyib. Dəyanət tutulandan sonra çox narahat idi, evdən çölə çıxmadı. Deyirdi ki, ürəyim sıxılır. Bir dəfə cinayəti etiraf etdi. Dedi, ana, tamahımın qurbanı oldum. Yaşlı bir insanın həyatına qəsd edilib, təəssüf ki, o da mənim oğlum tərəfindən törədilib. Bu gün mərhumu həyata qaytarmaq olsa, mən canımı qurban verərəm”.
Şahid ana oğlunun cahilliyinin başına bəla olduğunu düşünür. Deyir ki, onu Dəyanətin verdiyi vədlər aldadıb: “Samir savadsız uşaqdır, hərf tanımır. Dəyanət buna söz verib ki, sənə ev tikəcəyəm, həyat şəraitini yaxşılaşdıracağam. Bu da inanıb. Amma sonra Dəyanət verdiyi vədlərə də əməl etməyib. Bir ana kimi oğlumun bağışlanmasını istəyirəm”.
Proses fevralın 21-i davam edəcək.
Xatırladaq ki, hadisə 2011-ci ildə baş verib. İttihama görə, həmin vaxt “Təfəkkür Universitetinin” rektoru işləyən Müşfiq Atakişiyev özünə rəqib hesab etdiyi prorektor Tariel Əhmədovun qətlini sifariş verib. Sifarişin təşkilatçısı bacısı oğlu Dəyanət Quliyev, icraçısı isə D.Quliyevin qonşusu Samir Quliyev olub.
Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.(qafqazinfo)

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar