Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Bakcell" Qarabağda xidmət mərkəzlərinin sayını artıracaq

Tarix: 06-02-2024 21:20     Baxış: 4391 A- / A+


"Bakcell" Qarabağda xidmət mərkəzlərinin sayını artıracaq
İnnovativ texnologiyalar sahəsində daim inkişaf edərək yenilikləri abunəçilərinə təqdim edən Bakcell şirkəti Qarabağ bölgəsində öz strateji genişlənmə planlarını elan edib. Belə ki, şirkətdən verilən məlumata əsasən, Bakcell regionda xidmət mərkəzlərinin sayını 10-a çatdıracaq.
"Bu genişlənmənin əsas məqsədi regionda yaşayan vətəndaşlarımız ilə əlaqələrimizi daha da gücləndirmək, onlara ən son innovativ texnologiyaları təqdim etməkdir",  - şirkətdən bildirilib.

Xatırladaq ki, Bakcell ötən il Qarabağ bölgəsində ən müasir səs texnologiyası olan VoLTE xidmətini və ölkənin ən sürətli mobil internet şəbəkəsini öz abunəçilərinin ixtiyarına verib. Həmçinin, regionda baza stansiyalarının sayını 120-dən yuxarıya çatdırıb.
Bakcell zəruri infrastrukturun qurulması istiqamətində, eləcə də ən son texnologiyaların regiona gətirilməsində genişmiqyaslı fəaliyyətini daha da gücləndirəcək.
Həyata keçirilən layihələr NEQSOL Holding-in Azərbaycanın Qarabağ regionunda ümumilikdə 200 mln manatadək sərmayə yatırmaq planlarının bir hissəsidir.
Bakcell şirkəti NEQSOL Holding-in tərkibinə daxildir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar