Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Pensiya kapitalı artacaq

Tarix: 06-02-2024 14:44     Baxış: 3147 A- / A+


   
Pensiyaların indeksləşdirilməsi həm də pensiya kapitalının artmasına imkan verəcək.
Manevr.az xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov danışıb.
O qeyd edib ki, "Əmək pensiyaları" haqqında qanuna əsasən, əmək pensiyalarının məbləği əvvəlki ildə orta aylıq əməkhaqqındakı artım faizinə indeksasiya olunur.
"Eyni zamanda, əmək pensiyaları ilə yanaşı, pensiya kapitalı da artırılır. Belə ki, pensiya kapitalı əvvəlki illərdə istehlak bazarındakı qiymət indeksinə uyğun artırılır. Bu il yanvarın 1-dək sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 8,8 faiz indeksləşdirilərək artırılır. Yəni şəxsin fərdi hesabında 50 min manat pensiya kapitalı toplanıbsa, bu məbləğ 4400 manat artırılaraq, 54 400 manata çatdırılır", - deyə V.Bayramov bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin yeni sərəncamı ilə bütün növ pensiyalar indeksləşdirilərək, 11,2 faiz artırılıb.
Sərəncamla 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır.
Həmçinin, qulluq stajına görə əlavələr təyin edilmiş pensiyaların həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğlərinin və 2023-cü il yanvarın 1-dən pensiyaların tərkibinə daxil edilən maddi yardımların da qeyd olunan qədər indeksləşdirilməklə bu ilin əvvəlindən artırılması təmin edilir.
Artımlar elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir və pensiyaçıların bunun üçün hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac yoxdur.
Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar