Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Ad günümün səhəri oğlumu itirdim..." (VİDEO)

Tarix: 06-02-2024 14:26     Baxış: 4291 A- / A+

Türkiyədəki zəlzələdə həyatını itirən 4 azərbaycanlı tələbənin ölümündən bir il ötür.

Manevr.az bildirir ki, Baku TV həmin tələbələrdən Gündüz Nəzərzadənin ailəsindən reportaj hazırlayıb.

Gündüzün atası ötən il baş verən dəhşətli hadisədən danışıb. O bildirib ki, oğlu Azərbaycanda tibb təhsili alıb, daha sonra magistr üçün Malatyaya gedib: "Fevralın 5-i mənim ad günüm idi, 6-sına keçən gün də bu hadisə baş verdi. Hadisə olduqdan sonra gedib gördüm ki, bina tamamilə çöküb. 4-5 ay idi, uzman mütəxəssis olmaq üçün Malatyaya getmişdi. Zəlzələdən öncə onunla telefonla danışdıq. Dedi ki, məni hamı tanıyacaq, hiss edirmiş sanki. Belə tanındı...”

Anası Gündüz barədə danışarkən bildirib ki, o, türkiyəli xanımla tanış olmuşdu: "Eyni təhsili alırdılar, mən də danışırdım həmin qızla. Gündüz mənim üçün özəl idi, o anadan olanda saçını belə saxlamışam, indi onu öpürəm”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar