Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sənədsiz ev problemi həll ediləcək - Mənzil bazarında bahalaşma olacaq?

Tarix: 05-02-2024 16:32     Baxış: 3247 A- / A+


Sənədsiz ev problemi həll ediləcək - Mənzil bazarında bahalaşma olacaq?

Uzun illərdir, ölkəmizdə sənədsiz evlərlə bağlı müzakirələr gedir. İllərdir həllini tapmayan bu məsələ yenidən gündəmdədir.
Bir neçə gün əvvəl İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev bildirib ki, icazəsiz tikililərlə bağlı qanun layihəsi hazırlayır. O bildirib ki, Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sayı yüz minlərlədir və problemin əhatə dairəsinin mürəkkəbliyini nəzərə alaraq onun həllinin mərhələli şəkildə görülməsini nəzərdə tuturlar. 
O, yerli mətbuata açıqlamasında deyib ki, özbaşına tikililərlə bağlı problemi köklü surətdə həll etmək üçün işçi qrupu yaradılıb.
Ötən ilin oktyabr ayının 1-dən sonra paytaxtda tikilən sənədsiz fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacağı bildirilirdi. Yeni qərara görə, sənədsiz evlərə kommunal xidmətlər göstərilməyəcək. Bu xidmətlərin göstərilməsi üçün mütləq şəkildə evin çıxarışı olmalıdır. Bu qərar sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Sənədsiz ev məsələsinin öz həllini tapmadan bu qaydaların qüvvəyə minməsi narazılıqla qarşılanıb.

Bəs, sənədsiz ev problemi necə həll ediləcək? 
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin deputatı Rüfət Quliyev bildirib ki, artıq sənədsiz evlərlə bağlı qanunun icrasına başlanılıb:
“Dövlət başçısının bu məsələ ilə bağlı sərəncamı var. Artıq 2 aydan çoxdur ki, tətbiqinə başlanılıb. Buna əsasən sənədləri olmayan tikintilər, obyektlər, binaların hamısı asan yol ilə özəlləşib, sənədlərini ala bilərlər. Hansı ki, bu evlərin neçə illərdir işıq, su, qaz pulu ödənilir. Ancaq nəyəsə görə sənədlər tam, sona qədər yekunlaşmayıb. Bu evlərin qanuniləşdirilməsi üçün xüsusi portal var. Portala müraciət edib, qeydiyyatdan keçirlər. Bu mexanizmlə sənədsiz evləri sənədləşdirmək mümkündür. Mənimlə görüş zamanı bir neçə ev sahibi, sahibkar bu sərəncamdan istifadə etdiyini söyləyib. Qeyd edim ki, bu proses iki aya qədər çəkir. Sonda da şəffaf formada sənədlər verilir”.
Bəs sənədsiz ev problemi həll olunduqdan sonra evlərin qiymətində bahalaşma olacaqmı?

Məsələyə münasibət bildirən əmlak eksperti Ramil Qasımzadənin sözlərinə görə, sənədsiz evlərin sənədi olduqdan sonra dəyəri artacaq:
“Sənədsiz evlərlə bağlı məsələ həll olunduqdan sonra bazara eyni miqdarda sənədli evlər daxil olacaq. Bu əksinə qiymətlərinin artımını deyil, alqı-satqı əməliyyatlarını sürətləndirə bilər. Bazara xeyli miqdarda ev daxil olacaq. Xüsusən də həyət evlərinin qiymətində müəyyən ucuzlaşama ola bilər. Məlumdur ki, həmin sənədsiz evlər satışa çıxarılarkən tikinti xərcini ödəməsə belə, vətəndaşlar satışa çıxarır.  Çünki sənədsiz olduğu üçün onları almaq istəyən olmurdu. Çox zaman vətəndaşlar risk etmək istəmirdilər. Ancaq ümumən fərdi yaşayış evlərinin qiymətlərində, sənədli evlərin qiymətində müəyyən enmə ola bilər. Çünki birdən-birə bazara xeyli miqdarda ev çıxarılacaq”. 
 
Ekspert sənədli evlərin çoxalmasının fərdi yaşayış evlərinin qiymətlərində müəyyən ucuzlaşmaya səbəb olacağını düşünür:
 
“Məlum olduğu kimi hazırda sənədli olan fərdi yaşayış evləri baha qiymətə təklif olunur. Sənədsiz ev 30 min manata təklif olunursa, sənədli olan həmin ev təxminən 60 min manata təklif olunur. Təbii ki, sənədləşmə həmin evlərin 30 minə deyil, 50 minə satışını həyata keçirməyə imkan verəcək. Belə olduqda, 60 min manata satılan evlərin qiyməti təxminən 50 min manata düşə bilər.
 
Sənədsiz olan evlərin qiymətində artım olacaq, ancaq sənədli onlan evlərin qiymətində ucuzlaşma ola bilər. 
Sənədi olan fərdi yaşayış evlərinin qiymətlərində hansı ki, bu gün bazara baha qiymətə təklif olunur, 
onların dəyərimüəyyən qədər düşə bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar