Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

Tanınmış həkimdən TƏBİB rəhbərliyinə sərt sözlər: Xalqın qanını içirsiniz! – VİDEO

Tarix: 04-02-2024 15:31     Baxış: 3256 A- / A+
odnoklassniki sharing button
Tanınmış həkim Aydın Əliyev TƏBİB rəhbərliyinə sərt sözlər ünvanlayıb.
Manevr.az xəbər verir ki, o, özünün sosial şəbəkə hesabından video paylaşaraq dövlət xəstəxanalarında lazım olan analizlərin aparılmadığını bildirib.
A.Əliyevin sözlərinə görə, xəstələrdən biri Respublika Endokrinoloji Mərkəzə müraciət edərək insulinəbənzər boy faktoru analizi vermək istəyib. Lakin orda ona reaktivlərin qurtardığı bildirilib:
“Xəstəni yönəldiblər 6 saylı uşaq xəstəxanasına, oradan isə 7 saylı uşaq xəstəxanasına yönləndiriblər. 7 saylıda da xəstəyə deyiblər ki, reaktivlər qurtardığı üçün bu analizi apara bilmirlər. Vətəndaş məcbur olub özəl xəstəxanada analiz verib. Mən bunu üstüörtülü yazdım, TƏBİB-in əməkdaşı məndən fakt istədi. Guya siz bu problemlərin olduğunu bilmirsiniz? Bundan qat-qat artıq problemlər var, sadəcə, özünüzü təmizə çıxarmağa çalışırsız”.
A.Əliyev son günlər səhiyyə sahəsində baş verən problemləri də xatırladıb, qeyd edib ki, gündə yüzlərlə belə hallar baş verir, sadəcə insanlar ictimailəşdirmirlər:
“Mənə yazıblar ki, həkimə yaraşdırmıram. Nəyi yaraşdırmırsız? Xalqın qanını içirsiniz! Millətin başına oyun açırsız, mən də bunu işıqlandırıram. Həkimə yaraşdırdığınız nədir? Xalqın qanını içmək? İnsanları aldatmağımı?Rüşvətxorluğumu?”
A.Əliyevin videoçıxışını təqdim edirik:

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar