Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərsığorta” ləğv edildi: öhdəlikləri necə olacaq?

Tarix: 03-02-2024 17:31     Baxış: 3196 A- / A+


   
Azərsığorta ASC-nin ləğvi onun öhdəliklərinin yerinə yetirilməsinə mane olmayacaq.
Manevr.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) birgə açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, 2022-ci ildə Dövlət Sığorta Kommersiya Şirkətinin hərbi qulluqçuların və hüquq-mühafizə orqanları əməkdaşlarının dövlət icbari şəxsi sığortası ilə bağlı əsas fəaliyyəti və səlahiyyətlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsindən sonra Şirkətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılsa da onun olduqca yüksək rəqabət mühiti ilə xarakterizə olunan daxili sığorta bazarında xüsusi çəkisi azalıb, özəl sığorta şirkətlərinə münasibətdə xüsusi üstünlüklərə malik olmaması səbəbindən rentabelli fəaliyyətinin təmin edilməsi mümkün olmayıb, Nəticədə Şirkətin təsisçisi olan dövlətin maliyyə itkilərilə qarşılaşması riskləri artıb.
Yaranmış vəziyyəti nəzərə alan Şirkətin menecmenti onun Direktorlar Şurasına və AİH-ə Mülki Məcəlləyə uyğun olaraq şirkətin könüllü qaydada ləğv edilməsi barədə müraciət edib. Həmin müraciəti AİH və Direktorlar Şurası təhlil edilərək dəstəkləyib və AİH-nin Müşahidə Şurasına təqdim olunub.
Şura təqdim olunmuş təklifə baxaraq Şirkətin könüllü qaydada ləğvi ilə bağlı ölkə Prezidenti qarşısında vəsatət qaldırıb və dövlət başçısının 31 yanvar 2024-cü il tarixli fərmanı ilə şirkət ləğv edilib.
Şirkətin könüllü ləğvi ilə əlaqədar Maliyyə Nazirliyi və AİH-nin nümayəndələrindən ibarət ləğvetmə komissiyası yaradılacaq və sığorta fəaliyyəti üzrə şirkətə verilmiş lisenziyasının ləğvi üçün Azərbaycan Mərkəzi Bankına müraciət ediləcək.
Qarşıdakı dövrdə ləğvetmə prosesi çərçivəsində Şirkətin mövcud sığorta portfeli üzrə bildirilən sığorta iddiaları operativ şəkildə tənzimlənəcək, kreditorlar qarşısında bütün öhdəliklər təmin ediləcək.
Şirkətin ləğv edilməsi öz vəsaitləri və təkrarsığorta təminatları hesabına tam təmin ediləcək və dövlət büdcəsi üçün əlavə maliyyə yükü yaranmayacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar