Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Türkmənistandakı səfirlikdə seçki məntəqəsi yaradıldı

Tarix: 03-02-2024 15:30     Baxış: 3231 A- / A+
Azərbaycanda fevralın 7-nə təyin olunmuş növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Seçki Məcəlləsinə uyğun olaraq ölkəmizin Türkmənistandakı Səfirliyində seçki məntəqəsi yaradılıb.
Manevr.az xəbər verir ki, Türkmənistan ərazisində daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları Türkmənistandakı Səfirliyimizdə yaradılmış 48 nömrəli seçki məntəqəsində, yerli vaxtla saat 08:00-dan 19:00-dək səsvermə hüquqlarını həyata keçirə biləcəklər.
Məntəqə seçki komissiyası prezident seçkilərinin qanunvericiliyin tələblərinə uyğun qaydada təşkili üçün tam hazırdır.
Türkmənistanda konsulluq qeydiyyatında olan vətəndaşlarımızın Prezident seçkiləri ilə əlaqədar maarifləndirilməsi üçün bütün zəruri işlər görülüb. Səsvermədə iştirakla əlaqədar vətəndaşlarımız məlumatlandırılıb. Eyni zamanda Səfirliyin internet səhifəsində, sosial şəbəkələrdəki hesablarında elanlar yerləşdirilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar