Xəbər lenti
Ekspertdən sərt açıqlama: DSMF dotasiyanı niyə alır?
Manevr.az xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, bu fondlar səhm bazarında aktiv olurlar, hətta birbaşa yatırımlarla istehsal və xidmət sahələri, yüzminlərlə insanın çalışdığı iş yerləri yaradırlar:
"Fondlar vətəndaşdan vəsait toplayır ki, təqaüdə çıxanda onlara xidmət etsin, toplanan vəsaitdən Fondlar yatırım edirlər, pul qazanırlar, yəni, təqaüd fondları faktiki investisiya fondlarıdırlar.
Yatırımdan qazandıqları vəsaitdən fond üzvü olan vətəndaşa da pay düşür, bu məqamlar fərdi müqavilələrdə öz əksini tapır. Bizdə dövlətin əlində olan bir Dövlət Sosial Müdafiə Fondu (DSMF) var, icbari qaydada bizdən vəsait toplayır, birimizlə heç fərdi müqavilə bağlamayıb, biz vəsaiti ödəməsək məsuliyyətimiz var, cərimə və digər cəzalar ala bilərik, amma DSMF-nin vətəndaşlar qarşısında heç bir fərdi məsuliyyəti yoxdur.
İndi məlum olur ki, DSMF-nin 1 mlrd. 50 mln. manat sərbəst vəsaiti varmış (DSMF büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq) və Fond bu vəsaiti ölkənin 5 böyük bankına depozit kimi yerləşdirib, adını da “investisiya fəaliyyəti” qoyub.
Bir neçə vacib sual yaranır:
1. DSMF hər il büdcədən dotasiya alır, yaxşı, sərbəst vəsaiti varsa, dotasiyanı niyə alır? Məsələn, 2024-cü ildə DSMF büdcədən 1 mld. 392 mln. manat dotasiya alacaq.
2. DSMF məndən (vətəndaşdan) topladığı vəsaiti banka depozitə qoyub faiz qazanır, bunun adını “investisiya” qoyur, yaxşı, bəs mənim (vətəndaşın) pulunu banka qoyub faiz qazanırsa, ondan mənə (vətəndaşa) niyə pay ayırmır?! Şəxsən mənim DSMF-də 30 mindən çox vəsaitim var, Fond mənim pulumu, tutalım, 7-8 %-lə depozitə qoyub ildə ən azı 2000-2500 arası pul qazanır, bəs mənə niyə bu vəsaitdən pay vermir?
DSMF normal investisiya Fondu olsaydı, zavod-fabrik, xidmət sahələrinə vəsait, investisiya qoyub yeni iş yerləri, iqtisadi fürsətlər, qazanc mənbəələri yaratsaydı dərd-yarıdır, amma adamlar primitiv üsulla camaatdan yığdığı vəsaiti banka depozitə qoyub faizə görə pul qazanırlar, bundan fonda vəsait ödəyənlərə pay vermirlər. Bunun adı investisiya deyil, vətəndaşı dolamaqdır".cebhe.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar