Xəbər lenti
Layiqli vətəndaş, sədaqətli dost - Cəsarət Qasımovun doğum gününə təbrik sözü

Tanıtma: Cəsarət Məmiş oğlu Qasımov 1979-cu il təvəllüdlüdür. Orta təhsilini Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndində alıb. 1993-cü ildə rayonun İşğalı ilə əlaqədar ailəsilə bərabər Sumqayıt şəhərində məskunlaşmağa məcbur olub. Yarımçıq qalmış orta təhsilini burda başa vurub, 1996-1998 ci illər ərzində Sumqayıt Politexnik Texnikumunun “Mühasibat uçotu və audit sahələri üzrə” şöbəsində oxuyub. 1999-2003 -cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, 2003-2005- ci illərdə magistr pilləsini fərqlənmə ilə bitirib. Əmək fəaliyyətinə 2005-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Qubadlı rayon Vergilər Şöbəsində vergi müfəttişi kimi başlayıb. 2010-2014- cü illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qubadlı rayonu dövlət notariat ofisinin dövlət notariusu, 2014-2020-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar Agentliyinin Sumqayıt Regional ASAN xidmət mərkəzində xüsusi notarius işləyib. 2020-ci ilin fevral ayından Beyləqan rayonu 1 saylı notariat ofisinin xüsusi notariusudur. Ailəlidir. İki oğul övladı var.
Onu da qeyd edək ki, Cəsarət Qasımov həm də şair təbiətlidir, "Cəsarət Məmişoğlu" imzas ilə şeirlər yazıb dərc etdirib. Təbrikimizin davamı kimi doğum günündə Cəsarət Məmişoğlunun bir şeirini oxuculara təqdim edirik.
***
Kəndin nəyi pisdir uzaq qalmısız,
Dönüb kəndə gəlin kənd uşaqları.
Qürbət el-obada məskən samısız,
Dinib kəndə gəlin, kənd uşaqları.
Nə olsun qürbətdə ocağınız var,
Laləli, nərgizli xoş çağınız var,
Qonaqlı, qaralı yığnağınız var,
Çönüb kəndə gəlin, kənd uşaqları.
Nənəniz, babanız gözləyir Sizi,
Yurdunuz, yuvanız səsləyir Sizi,
Hələ də qoynunda bəsləyir Sizi,
Qanıb kəndə gəlin, kənd uşaqları.
Dolanır bu yerdə ruhu babanın,
Güvən yeri olun elin, obanın,
İstər min, istər də milyon qazanın,
Sönüb kəndə gəlin, kənd uşaqları.
Suyu ləl-gövhərdir, torpağı məlhəm,
Düzləri yaşıllıq, hər dağı məlhəm,
Vücudum, varlığım bağlıdır möhkəm,
Yanıb kəndə gəlin, kənd uşaqları.
Cəsarət nələri dilə gətirdi,
Qəlbində həsrətdən yara bitirdi.
Heçnə qazanmadı, ancaq itirdi,
Durub kəndə gəlin, kənd uşaqları...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar