Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qorumaq mümkün deyil, Vatsapdan imtina edin!

Tarix: 02-02-2024 15:13     Baxış: 4198 A- / A+

Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda qeyd olunduğu kimi, son zamanlar Azərbaycanda Vatsap hesablarına kiber hücumların sayı artıb. Bunun kim və ya kimlər tərəfindən həyata keçirildiyi müəyyən olunmasa da, məqsədli şəkildə baş verdiyi məlum məsələdir.
Manevr.az bildirir ki, bu sözləri axar.az-a İnformasiya Texnologiyaları (İT) üzrə ekspert Fərrux Rəcəbli Vatsap hesablarının oğurlanmasının səbəbləri haqqında danışarkən deyib.
O vurğulayıb ki, təhlükəsizlik tədbirləri belə hesabın qorunmasında rol oynaya bilmir:
“İstifadəçilərə təsdiqləmə kodu, spam mesajlar, hətta təsdiqləmə zəngləri gəlir. Bizə şikayətlər olur ki, Vatsap hesabımız sadəcə, nömrəmiz olan telefondadır. Orada aktivləşdirmişik. Amma doğrulama kodu, yaxud da zəng vasitəsi ilə qeydiyyatı təsdiqləyən mesajlar alırıq. Bəzi hallarda avtomatik olaraq hesablardan çıxış olur. Bu zaman isə bildiriş gəlir ki, sizin Vatsap hesabınıza başqa cihazdan giriş olub. Halbuki heç bir cihazdan giriş olmayıb. Mən özüm də istisna deyiləm. Belə hallarla özüm də qarşılaşıram. Bunun qarşısını almaq üçün Vatsapda iki, üçaddımlı təsdiqləmə, şifrələmə metodları var. Amma reallıqdan danışsaq, bunların heç biri kömək etmir”.
Mütəxəssis hesab edir ki, ən təhlükəsiz yol Vatsapdan imtina etməkdir:
“İT sahəsində çalışan mütəxəsisslər Vatsapdan istifadə etməməyi tövsiyə edir. Çünki Vatsap dünyada ən zəif mesencerlərdən biridir. Vatsapın 70-80 faizi “Dark Veb” kimi tanınan haker dünyasının əlindədir. Onlar tərəfindən idarə olunur. Bunları bildiyimiz halda yenə də danışıqlarda, sənəd mübadiləsində, şəxsiyyət vəsiqələrimiz kimi vacib sənədlərin nömrələrini belə Vatsapa yazmaqda davam edirik. Bu, bizi bank kartlarımızın nömrələrini qeyd etməkdən də çəkindirmir. Qarşı tərəfə mesaj yazanda şəxsi məlumatlarımızı da Vatsap üzərindən rahatlıqla bölüşürük. Bu isə təhlükəsiz deyil. Elə hücumlarda da məqsəd şəxsi məlumatı oğurlamaq, bank kartları ilə bağlı bilgiləri ələ keçirməkdir.
Qorunmaq üçün gərəkli tədbirlər lazımdır. İstifadəçi səviyyəsində mümkün deyil, bu, dövlət səviyyəsində həyata keçirilməlidir. Mən, təhlükəsizlik üçün Vatsapdan istifadənin dayandırılmasını təklif edirəm. Daha təhlükəsiz olan mesencerlərdən istifadəyə üstünlük vermək lazımdır”.
Onun sözlərinə görə, Azərbaycanın rəqəmsal təhlükəsizliyi daha çox qonşu ölkələr tərəfindən pozulur:
“Azərbaycana Rusiya və Ermənistandan kiberhücumların sayı daha çoxdur. Bu siyahıda İranın da adını qeyd etmək olar. Kiberhücumlar banklara, təhsil müəssisələrinə və inşaat sektorlarına yönəlmiş hücumlardır”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar