Sizin Reklam Burada
Xəbər lenti
25-02-2025
24-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycana idxal edilən kərə yağının qiyməti enib

Tarix: 02-02-2024 14:40     Baxış: 4233 A- / A+



2023-cü il ərzində Azərbaycana 92 milyon 416 min dollar dəyərində 16 min 596 ton kərə yağı idxal edilib.
Manevr.az bildirir ki, "APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici 2022-ci illə müqayisədə dəyər baxımından 14.6% və ya 15.7 milyon dollar, həcm baxımından isə 10.6% və ya 1 966 ton azalıb. Belə ki, 2022-ci il ərzində Azərbaycana 108 milyon 181 min dollar dəyərində 18 min 562 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Ötən il ölkəyə gətirilən kərə yağının bir kiloqramının orta idxal qiyməti 9.5 manat təşkil edib. Bu göstərici əvvəlki ildə 9.9 manat idi. Azərbaycan kərə yağını ötən il Yeni Zelandiyadan 10.5 manata, Almaniyadan 11 manata, Finlandiyadan 11.6 manata, İrandan isə 7.3 manata idxal edib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən 2023-cü il ərzində ölkədə 27 min 22 ton kərə yağı istehsal edilib. Bu göstərici əvvəlki illə müqayisədə 4.4% çoxdur.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda kərə yağı istehsalı idxaldan 62.8% çox olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar