Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bu metrostansiyaya Tağıyevin adı verilsin - Müraciət

Tarix: 01-02-2024 17:42     Baxış: 3245 A- / A+
 

Bir qrup ziyalı və ictimai-siyasi xadim xeyriyyəçi və mesenat Hacı Zeynalabdin Tağıyevin adının metrostansiyalardan birinə verilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
Manevr.az xəbər verir ki, müraciətdə Bakı metropoliteninin yeni inşa olunan stansiyasında xeyriyyəçinin adının əbədiləşdirilməsi xahiş olunur.
“2024-cü ildə Hacı Zeynalabdin Tağıyevin vəfatının 100-cü ildönümüdür. Bununla əlaqədar böyük şəxsiyyətinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində bəzi addımların atılması xahişi ilə sizə müraciət edirik. Xahiş edirik ki, Bakı metropoliteninin Ağşəhər ərazisində yeni tikilmiş stansiyasına görkəmli Azərbaycan xeyriyyəçisi, mesenatı Hacı Zeynalabdin Tağıyevin adı verilsin. Bizcə. bu, Hacı Zeynalabdin Tağıyevin xatirəsinin əbədiləşdirilməsi yönündə gözəl bir addım olar”, - müraciətdə bildirilir.
Müraciətdə Azərbayan Prezidentinin Tağıyevin xatirəsinin əbədiləşdirilməsi və irsinin qorunmasındakı roluna da diqqət çəkilir. Bu barədə “İçərişəhər” metrostansiyasının önündə abidəsinin ucaldılması və Mərdəkandakı evinin təmiri xatırladılır.
Müraciəti Tağıyevin nəvəsi Rixard Petrov, əməkdar artist Bəhram Bağırzadə, tarixçi Firdovsiyyə Əhmədova, professor Ədalət Tahirzadə, “Çapar” dərgisinin baş redaktoru Dilqəm Əhməd və digər ictimai-siyasi xadimlər və ziyalılar imzalayıb.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar