Xəbər lenti
Hitlerin SSRİ-yə səfərləri – fürer 138 gün Ukraynada qalıb...
Müharibə illərində Adolf Hitler Stalindən fərqli olaraq daha çox səfərlərə çıxıb. Fürer xüsusilə işğal etdikləri ərazilərdə daha tez-tez görünüb. Almaniyanın təbliğat naziri Yozef Göbbels Hitlerin mütəmadi olaraq işğal olmuş ərazilərdə olmasını vacib sayıb və bu vacibliyi aşağıdakı kimi əsaslandırıb:
“Adolf Hitlerin işğal olunmuş ərazilərə hər bir səfəri yeni ruh, qələbə çağırışı deməkdir. Fürerin səfərləri Vermaxt əsgərlərində özünə inamı, güvəni artırır və onların böyük sevincinə səbəb olur. Onun hərbçilərlə görüşü, hospitallarda yaralıları ziyarət etməsi bir daha sübut edir ki, bütün Almaniya həmrəydir, Böyük Almaniya uğrunda mübarizədə hamı səfərbərdir...”
Sovet-alman müharibəsinin başlanmasından az sonra Hitler Vermaxt qoşunları tərəfindən SSRİ-nin işğal olunmuş ərazilərinə də dəfələrlə səfər edib. Amma Avropa ölkələrindən fərqli olaraq fürerin SSRİ-yə səfərləri zamanı onun mühafizəsi daha güclü təşkil edilib. Məsələn, Hitler işğal etdiyi Avropa ölkələrində kütlələr qarşısında çıxışlar edib, hospitallarda müalicə alan yaralı alman döyüşçülərinə baş çəkib, hətta Parisdə teatrda tamaşaçı qismində iştirak edib, amma SSRİ-yə səfərləri zamanı açıq publikaya çıxmaqdan ehtiyat edib. Araşdırmaçıların qənaətinə görə bu ehtiyatlılıq ondan irəli gəlib ki, SSRİ haqqında əvvəlcədən planlar cızan nasist lideri SSRİ-ni özünə daha ciddi rəqib sayıb. Bəli, fürer məhz bu qənaətində yanılmayıb.
Müharibə dövründə Hitler SSRİ-yə ilk dəfə sovet-alman müharibəsinin başlanmasından 30 gün sonra, 21 iyul 1941-ci ildə səfər edib. Onun səfəri Baltikyanı respublikalardan başlanıb. O, Latviyanın Malnava qəsəbəsində Kənd Təssərrüfatı Texnikumunun binasında yerləşən “Şimal” ordusunun qərargahında əməliyyat müşavirəsi keçirib. Müşavirənin sonunda fürer “Şimal” ordusunun komandanı feldmarşal Vilhelm Leebə Leninqrad əməliyyatı ilə bağlı xüsusi tapşırıqlar verib. Hitlerin bu səfəri beş saat çəkib. Səfərin sonunda şərəfinə verilən ziyafətdən sonra o, Almaniyaya qayıdıb.
26 avqust 1941-ci ildə Hitler Brest qalası istiqamətinə səfər edib. Alman qoşunlarının itkisi bu bölgədə çox olduğundan fürer şəxsən özü məsələləri aydınlaşdırmağa qərar verib. Bu görüşdə onu Herman Görinq və İoahim fon Ribbentrop müşayiət ediblər. Səfər zamanı Hitler Belarusiyanın şimal hissəsinə əlavə qoşunların cəlb edilməsi ilə bağlı əmr imzalayıb. Bu səfər də bir neçə saat çəkib.
Hasist rəhbərinin SSRİ-də ən çox qaldığı bölgə Ukrayna olub. Bütövlükdə o, 138 gün Ukraynada qalıb. Bunu nəzərə alaraq fürer üçün Ukraynada bunker inşa edilib. Vinnitsa da inşa edilən bunkerə altı ay vaxt sərf olunub. Bunkerin daha tez hazır olması üçün tikintiyə 15 min nəfər cəlb edilib.
Yeraltı dərinliyi yeddi mərtəbədən ibarət olan bunkerdə fürer üçün bütün şərait yaradılıb. İş kabineti, istirahət otağı, ziyafət zalı, mətbəx, müxtəlif təyinatlı anbarlar, hovuz, kino zalı, köməkçilər üçün kabinetlər, texniki otaqlar və s. böyük bir yaşayış kompleksini xatırladıb. Onu da qeyd edək ki, tikintidə iştirak edən həm almanlar, həm də sovet əsirləri son nəfərinədək tikinti başa çatdıqdan sonra güllələnib. Məqsəd bunker haqqında məlumatların məxfi saxlanılması olub.
Smolensk səfərindən sonra fürerin SSRİ-yə səfərləri qismən məhdudlaşdırılıb, eyni zamanda təhlükəsizlik tədbirləri daha da gücləndirilib. Belə ki, 1943-cü ilin mart ayında Hitlerə qarşı Smolenskdə sui-qəsd hazırlanıb. Almaniya ordusunun generalı Smolensk səfəri zamanı Hitlerin təyyarəsinə partlayıcı maddə qoyub. Temperaturun aşağı olması nəticəsində partlayış baş verməyib. Bu hadisədən sonra Hitler Smolenskdə olan bunkerində iclas keçirib, Vermaxt strukturunda kadr islahatlarının aparılmasının zəruriliyini vurğulayıb.
1943-cü ilin sonunda Hitlerin Qafqaza səfəri planlaşdırılıb, fürer bu səfəri olduqca vacib saysa da onun Qafqaz səfəri baş tutmayıb. Bütövlükdə II Dünya müharibəsinin gedişatını dəyişən Stalinqrad döyüşləri və bu döyüşlərdə Vermaxt qoşunlarının məğlubiyyəti Hitlerin SSRİ-yə səfərlərini xəyala çevrilib və fürerin ayağı SSRİ-dən birdəfəlik üzülüb.
Müharibədə qələbənin təmin edilməsi üçün əsas şərtlərdən biri dəqiq hesablamaların aparılması, qarşı tərəfin gücünün nədən ibarət olmasını dəqiq bilməkdir. Göründüyü kimi Hitler SSRİ-yə hücum edəndə qələbə qazanacağına şübhə etməyib, mütəmadi olaraq qələbədən sonra SSRİ-də aparacağı işlər haqqında planlarını da açıqlayıb. Onun SSRİ-yə tez-tez səfər etməsindən də belə qənaətə gəlmək olar ki, fürer işğal etdiyi ərazilərə öz torpaqları kimi ayaq basıb. Amma fürer nəzər almayıb ki, SSRİ ilə əks qütbdə dayanan ABŞ və Britaniya kommunist ölkəsi ilə müttəfiq olacaq, böyük üçlük – Stalin, Ruzvelt, Çörçill faşizmə qarşı birgə mübarizə aparacaq...musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar