Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kiçik Çillə başladı

Tarix: 01-02-2024 09:29     Baxış: 3108 A- / A+
Qışın oğlan çağıdır...
Xalq təqviminə görə, qış fəsli dekabrın 22-dən martın 22-dək davam edir, 40 gün BÖYÜK ÇİLLƏ, 20 gün KİÇİK ÇİLLƏdən və 30 gün isə BOZ AYdan ibarətdir. Artıq Böyük Çillə, yəni Qaraqış başa çatdı.
Fevralın 1-dən Kiçik Çillə, yəni Yalquzaq ayı başlayır.
Böyük çillənin yarısı qədər, yəni, 20 gün olan və el arasında “qışın oğlan çağı” adlanan Kiçik Çillənin ömrü fevralın 22-nə qədərdir. Kiçik Çillə boran-tufanı, şaxta-sazağı ilə insanları qorxudur. Kiçik Çillənin “Xıdır Nəbi” adlanan birinci ongünlüyü qış fəslinin ən sərt, çovğunlu vaxtı sayılır və bu xüsusiyyətinə görə “Yalquzaq zamanı” deyilir. Bu çillə qışın ən soyuq, insanların ən ən üzgün və azuqənin qənimi sayılır.
Bir şifahi xalq yaradıcılığı nümunəsində deyilir ki, Kiçik Çillə ilə Böyük Çillə arasında kimin güclü olması haqqında mübahisə gedir.
Böyük Çillə deyir ki, “Adamları üşütdüm, mal-heyvanın tayalarını yarıladım, qovurma küpəsinin başını endirdim, köhnə taxtalarını sökdürüb yandırtdım”.
Kiçik Çillə narazı qalır: “Mən gedib unluqları, ot tayalarını yox edəcəyəm, qalaqları yandırıb göyə sovuracağam, gəlinlərin əlini xəmir təknəsində donduracağam”.
Böyük Çillə bildirir: “Heç nə edə bilməyəcəksən, çünki ömrün azdır, qabağın yazdır”. Kiçik Çillə, yəni Yalquzaq dediyini edir, amma qarşıdan çərşənbələr gəlir. Təxminən fevralın 15-dən qışın hökmü azalmağa başlayır.
Kiçik Çillə başlayanda Novruza 50 gün qalır. Deyirlər ki, “Əlli gün Novruza, yüz əlli gün biçinə kimi”.
Novruzun 7 çərşənbəsindən 3-ü - “oğru çərşənbə”, “oğru buğ”, “oğru üskü” çərşənbələri Kiçik Çilləyə-Yalqızaq ayına düşür.
Qaraqış qurtarıb Kiçik Çillə - Yalquzaq ayı başlayanda nənəm Tükəzbandan soruşardım ki, bu aya niyə Yalquzaq ayı deyirlər? Söyləyərdi ki, yalquzaqların çöllərdə, meşələrdə təkcə gəzən vaxtıdır. Ağlı olan bu vaxt təkcə, ehtiyatsız çölə, meşəyə getməz. Tək gəzən yalquzaqlar heyvanları deyil, insanları da parçalayırlar.
Mifoloji dünyagörüşə görə, göydən işığın içində gələn qurd Günəşlə bağlı olsa da,  eyni zamanda qışı təmsil edir, belə ziddiyyətlərlə assosiasiya olunan qurda “yalquzaq” deyirlər. Yalquzaq ayı qışın ən sərt dövrü olsa da, yaza doğru yol başlayıb, artıq oğru və ya yalançı çillələr yada düşür. Qurd Günəşin təzahürüdür, bəzən də özüdür. İbtidai inanca görə, bir sıra təbiət hadisələrini yaradan, eləcə də yağışı yağdıran Günəşdir. Mifologiyaya görə, yağış yağdıram daş, yəni YADA DAŞI da qurdun qarnında olur.
Maraqlıdır ki, şifahi xalq yaradıcılığımızda qurd və Xızırın adı bir yerdə şəkilir:
 
Bozqurddan hay alasan,
Xızırdan pay alasan.
 
Bu hansı Bozqurddur? Bəlkə Yalquzaqdır? Bir tərəfdən Günəşi təmsil edən, digər tərəfdən qışı daha da sərtləşdirən Yalquzaqdır. Amma Yalquzaq nə qədər təhlükəli olsa da, insanlar ondan kömək istəyirlər, hay alırlar. Türk xalqlarında xüsusi ilə yanvarın sonu-fevralın əvvəli maldarlar üçün ağır dövr sayılardı. Məsələn, qazaxlar şiddətli şaxtalar olan dövrə “Hyut-keldi” və ya “Jut-keldi” deyir, yəni fevral ayında mal-qaranın aclıqla üzləşəcəyindən narahat olurlar. Ehtimal ki, Xıdır Nəbi bayramı Bozqurddan və ya Yalquzaqdan hay almağı, kömək istəməyi simvolizə edən ibtidai inancların yeni dövrün inanclarına transferi nəticəsində ortaya çıxmışdır.
Xıdır (Xızır) Nəbi bayramı da Kiçik Çillədə, 6-10 fevral aralığında olur. Bəzən bu mərasim Kiçik Çillənin sonuncu günləri (fevralın 20-22-də) keçirilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar