Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Şamaxıda 28 il əvvəl ölən adamın adına cərimə gəlib - İDDİA

Tarix: 01-02-2024 08:50     Baxış: 3298 A- / A+

28 il əvvəl dünyasını dəyişən şəxsin “avtomobili radara düşüb”.


Sözügedən hadisə Şamaxıda qeydə alınıb.

Belə ki, Şamaxı rayon sakini Rauf Şükürova gələn məktubda bildirilib ki, 28 il öncə dünyasını dəyişmiş babası Əliabbas Şükürov Bakı-Şamaxı-Xaldan istiqamətində hərəkətdə olarkən onun avtomobili sürət radarına düşüb və bununla bağlı cərimə gəlib.

R.Şükürov bildirib ki, radara düşən maşın onların olmayıb:

“Bu maşın mənim, babamın olmadığı halda niyə cərimə ödəməliyəm?”

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, sözügedən nəqliyyat vasitəsinin sürücü tərəfindən yolverilən qayda pozuntusu foto və videoqeydiyyat funksiyasına malik xüsusi texniki vasitənin köməkliyi ilə aşkar edilərkən texniki xəta səbəbindən şəxs barəsində yanlış elektron qərar çıxarılıb. Məsələ araşdırılaraq texniki xəta aradan qaldırılıb.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar