Sizin Reklam Burada
Xəbər lenti
16-10-2026
15-10-2026
BÜTÜN XƏBƏRLƏR

Naxçıvanda gömrükdə yenilik: Yeni marşrut açıldı

Tarix: 31-01-2024 09:50     Baxış: 3188 A- / A+
Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə sərhədindəki Sədərək və Dilucu gömrük-sərhəd buraxılış məntəqələri arasında yeni marşrut açılıb.
Manevr.az xəbər verir ki, bu barədə Naxçıvanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, qurum Sədərək rayonunda vətəndaşlarla görüşlər və nəqliyyat sahəsində monitorinqlər keçirib. Aparılmış təhlillər nəticəsində Sədərəklə Dilucu arasında vətəndaşların nəqliyyat vasitəsi ilə daşınması zərurəti qeydə alınıb. Vətəndaşların rahatlığının təmin olunması məqsədilə yanvarın 30-dan sözügedən ərazidə yeni marşrut təşkil edilib. Marşrut gün ərzində hər iki istiqamətdə qısa intervallarla sərnişinlərə xidmət edəcək.
İndiyə qədər sərnişinlər Sədərək və Dilucu gömrük-sərhəd buraxılış məntəqələri arasında olan 2 km məsafəni piyada getmək məcburiyyətində idi. Bu istiqamətdə yeni marşrutun açılması sərnişinlərin rahatlığını təmin etməklə yanaşı, ictimai nəqliyyatla sürətli gediş-gəlişinə də şərait yaradacaq.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar