Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Sabiq icra başçısının gəlini Ali Məhkəməyə müraciət etdi

Tarix: 30-01-2024 15:19     Baxış: 4185 A- / A+

Biləsuvarın həbsdə olan sabiq icra başçısı Mahir Quliyevin gəlini qayınatası ilə bağlı hökmdən narazıdır.
Manevr.az-ın məlumatına görə, məhkumun gəlini İlkanə Quliyeva hökmün əmlakların müsadirəsi hissəsi ilə əlaqədar maraqlı şəxs kimi Ali Məhkəməyə müraciət edib.
Quliyeva iddia edir ki, qayınatasının əmlakı kimi dövlət nəfinə alınan Bakı şəhərində yerləşən evlərdən biri əslində ona məxsusdur. O, yüksək instansiya məhkəməsinə göndərdiyi şikayət ərizəsində həmin evin müsadirədən azad olunmasını xahiş edib.
Kassasiya şikayəti məhkəmənin icraatına qəbul edilib.
Xatırladaq ki, M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Sabiq icra başçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, M.Quliyevin iki evi və bir avtomobili dövlət nəfinə müsadirə olunub. Şirvan Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb."Qafqazinfo”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar