Manevr.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, "Jalilov" adı ilə "TikTok"da məşhurlaşmış şəxsin atası Nihad Cəlilovun adı bir neçə il əvvəl mətbuatda hallanıb.elə ki, biznes fəaliyyəti ilə məşğul olan Nihad Cəlilovun 2022-ci ildə ölkədən çıxışına qadağa qoyulub. Buna səbəb isə onun dövlətə vergi borcunu ödəmədiyi olub. Həmin vaxt Bakı Kommersiya Məhkəməsində Dövlət Vergi Xidmətinin qaldırdığı iddiaya baxılıb. Məlum olub ki, onun rəhbəri olduğu "Armada Distrubition" adlı şirkətin dövlətə 6 min manat vergi borcu var. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən iclasda Nihad Cəlilovun ölkədə çıxışına qadağa qoyulması ilə bağlı qərar verilib.
Hazırda da sözügedən şirkətin vergi borcu mövcuddur.
Xatırladaq ki, "Jalilov" adı ilə "TikTok"da məşhurlaşmış şəxsin Azərbaycanın dövlət və siyasi xadimi Afiyəddin Cəlilovun nəvəsidir və o, babasının adını daşıyır.
