Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Səkkiz il əvvəl ləğv edilən bankın milyonlarla manatlıq əmlakı yenidən hərraca çıxarılır

Tarix: 27-01-2024 21:24     Baxış: 3209 A- / A+
Fevralın 21-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Texnika Bank” ASC-nin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.

Bu barədə Bankın ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Söhbət “Texnika Bank”a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanındakı dəyəri 394 min manat olan 187,8 kvadratmetrlik, dəyəri 255 min manat olan 115,9 kvadratmetrlik, dəyəri 397 min manat olan 188,9 kvadratmetrlik, dəyəri 258 min manat olan 117,4 kvadratmetrlik, hər birinin dəyəri 389 min manat olan 2 ədəd 185,4 kvadratmetrlik, hər birinin dəyəri 322 min manat olan 4 ədəd 153,2 kvadratmetrlik, hər birinin dəyəri 245 min manat olan 8 ədəd 111,5 kvadratmetrlik qeyri-yaşayış sahəsindən gedir.

Beləliklə, hərraca çıxarılacaq əmlakların ümumi dəyəri 5,33 milyon manat təşkil edir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli qərarı ilə “Texnika Bank” ASC-nin bank fəaliyyətinə verilən lisenziyası ləğv edilib.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar