“Tehrandakı Azərbaycan səfirliyində törədilən terrordan 1 il keçir. İllər keçsə də, acısı keçmir. Bu gün biz həmin günü yenidən yaşadıq. Rəhmətlik Orxanın qəbrini ziyarət etdik. O, Vasifin ən yaxın dostu , qardaşı idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin...”
Manevr.az bildirir ki, bu sözləri pravda.az-a açıqlamasında 27 fevral 2023-cü il tarixində İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı şücaət göstərən Vasif Tağıyevin anası Təranə Tağıyeva deyib.
“Sevinirəm ki, Vasif öz qəhrəmanlığı ilə onlarla insanın həyatını xilas edib. Bu, bir ana üçün qürurverici hissdir. Bu gün Vasifin həyatlarını xilas etdiyi ailələrlə görüşdükcə onların minnatdarlıq hisslərini kövrəlmədən dinləmək mümkün deyildi. Mən bir ana kimi bütün oğullarımızla fəxr edirəm. Eləcə də Vasiflə... Allah dövlətimizi, xalqımızı qorusun. Allah cənab Prezidentimizi qorusun, can sağlığı versin, Şəhidlərimizə rəhmət eləsin, qazilərimizin də canını sağ eləsin. Vasifə və onun ailəsinə göstərdiyi diqqətə, qayğıya görə cənab Prezidentimizə bir ana kimi öz təşəkkürümü bildirirəm”, - T.Tağıyeva bildirib.
Xatırlatma: Vasif Natiq oğlu Tağıyev 2023-cü il yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücum zamanı öz həyatını riskə ataraq əliyalın şəkildə cinayətkarı zərərsizləşdirib. Göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin Sərəncamı ilə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. Vasif Tağıyev Azərbaycanda bu ordeni alan 5-ci şəxsdir. Qeyd edək ki, o, 1989-cu ildə Şuşa şəhərində anadan olub. Ailəlidir, iki qızı, bir oğlu var.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar