Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

3 500 manat maaşla işçi axtaran dövlət qurumlarının adı niyə gizlədilir?

Tarix: 27-01-2024 09:51     Baxış: 4138 A- / A+
Xəbər və elan saytlarında tez-tez dövlət qurumlarında vakant vəzifələr üçün işçilər axtarıldığı barədə elanlar yerləşdirilir.

Bu cür elanlarda əksər hallarda işçi axtran dövlət qurumunun adı göstərilmir və yüksək əmək haqqı vəd olunur.

Məsələn, ötən gün xəbər saytlarının birində "Dövlət qurumu İctimaiyyətlə əlaqələr şöbə rəhbərinin assistenti vəzifəsinə vakansiya elan edir” sərlövhəli məlumat yerləşdirilib. Həmin məlumatda qeyd olunan vəzifə üçün 2 000 manat əmək haqqı vəd olunur.

Elanda hansı dövlət qurumunun işçi axtardığı qeyd olunmayıb. Elanda əlaqə vasitəsi kimi yalnız e-mail ünvanı göstərilib. Haqqında bəhs etdiyimiz elandakı "kamranovv@gmail.com” e-mail ünvanına bir çox saytlarda yerləşdirilən vakansiya elanlarında rast gəlmək mümkündür.

Ötən il saytların birində yerləşdirilmiş elanda dövlət qurumunun marketinq mütəxəssisi və layihə rəhbəri vəzifələrinə işçi axtardığı və aylıq əmək haqqının 3000-3500 manat olduğu qeyd olunub.  Digər bənzər elanlarda olduğu kimi, bu elanda da yeganə əlaqə vasitəsi olaraq "kamranovv@gmail.com” e-mail ünvanı göstərilib.

Məşhur elan saytlarının birində "kamranovv@gmail.com” e-mail ünvanı ilə bərabər əlaqə telefonu da yerləşdirilib. Həmin telefon nömrəsi vasitəsi ilə əlaqə saxladığımız Kamran Ələkbərov adlı şəxs işçi axtaran dövlət qurumunun adını açıqlaya bilməyəcəyini bildirdi.

K. Ələkbərov ona məxsus əlaqə nömrəsini elan saytlarında əldə etdiyimizi öyrəndikdən sonra bildirdi ki, o elanlara əlaqə üçün telefon nömrəsini yerləşdirmir.

Məlumat üçün bildirək ki, dövlət qurumları dedikdə, dövlət büdcəsindən maliyyələşən qurumlar nəzərdə tutulur. Dövlət qurumlarında çalışan insanların əmək haqqı Nazirlər Kabinetin müvafiq qərarları ilə təsdiqlənir. Həmin şəxslərin vəzifə maaşlarındakı artımlar isə Azərbaycan Prezidentinin səlahiyyətlərinə daxildir.

Məsələn, sonuncu dəfə ötən ilin yanvar ayında Prtezident İlham Əliyev "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının 15% artırılması” haqqında Sərəncam imzalayıb. Nazirlər Kabineti də Prezidentin Sərəncamına əsasən dövlət qurumlarında işləyən şəxslərin vəzifə maaşlarını müəyyən edib.

Nazirlər Kabinetinin haqqında bəhs etdiyimiz Qərarında ən yüksək əmək haqqını AMEA prezidentinin aldığı göstərilir. AMEA prezidentinin aylıq vəzifə maaşı 3 547 manat təşkil edir. Şöbə müdürlərinin maaşları orta hesabla 2000 manat, mütəxəssislərin maaşları isə 1000-2000 manat arasında dəyişir.

Elan saytlarında marketinq mütəxəssisi üçün 3000 manat təklif edən dövlət qurumunun adını elan sahibi olan şəxsdən (Kamran Ələkbərov) öyrənmək cəhdimiz isə baş tutmadı.(Yeniavaz.com)

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar