Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
BÜTÜN XƏBƏRLƏR

Kəlbəcərdə transformatorlar qarın altında qaldı - VİDEO

Tarix: 26-01-2024 10:50     Baxış: 3278 A- / A+

Azərişıq ASC işğaldan azad edilən bütün ərazilərdə, o cümlədən Kəlbəcər rayonunda güclü yağan qar və şaxtaya baxmayaraq dəniz səviyyəsindən 3000 metrdən çox yüksəklikdə yenidənqurma işlərini və fasiləsiz xidməti davam etdirir.
ASC-dən verilən məlumata görə, qurumun əməkdaşları yağan qarın hündürlüyünün insan boyunu ötən ərazilərdə belə elektrik şəbəkəsinin transformatorlarını qardan təmizləyir, yeni quraşdırılan güc transformatorlarının işə salınması üçün tədbirlər görürlər.
Kəlbəcər rayonunun Zar-Zəylik kəndi ərazisində yerləşən 160 KVA-lıq transformatora gərginlik verilib, uçot komplekt qurulub və 0.4 kV-luq kabel çəkilib.
Həmçinin, Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) Kəlbəcər elektrik şəbəkəsinin xidməti ərazisində yerləşən İstisu istiqamətində yeni çəkilmiş 35 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqil (ÖİN) kabel xəttinə gərginlik verilib. Quraşdırılmış 160 KVA-lıq transformator montaj olunub və 0.4 kV-luq kabel xətti çəkilərək uçot komplekti quraşdırılıb.
Azərişıq ASC elektrik təsərrüfatının yenidən qurulması ilə bağlı işləri ölkənin bütün regionlarında paralel olaraq davam etdirir. Yaranan problemlərin mümkün qədər tez vaxtda aradan qaldırmağa çalışır.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar