Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda avtobusda nömrə vermək ailəli kişiyə baha başa gəldi

Tarix: 25-01-2024 21:23     Baxış: 4151 A- / A+
Sumqayıtda kişi şantaj olunub.

Hər şey şəhər ərazisində hərəkət edən marşrut avtobusunda başlayıb.

Şəhər sakini Aysel Qurbanova (ad soyad şərtidir) qeyd olunan marşrut avtobusunda olan zaman bir nəfər sərnişin Elnur Ağayev (ad soyad şərtidir) həmin xanımla üzbəüz əyləşib. Elnur qarşısında oturan xanımın dayanmadan ona baxdığını görüb və onunla tanış olmağa cəhd edib. Bunun üçün öz mobil nömrəsini telefonunda yazmaqla Ayselə göstərib və xanım onun telefonundakı nömrəni video görüntü ilə qeydə alıb.

Bundan sonra Aysel həmin görüntünü “TikTok” sosial şəbəkə platformasında paylaşıb və Elnur ilə “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlayaraq, videonu silmək üçün ondan 500 manat pul tələb edib. Pulu verməsə “Whatsapp” statuslarından götürdüyü Elnurun övladlarının şəkillərini də “TikTok” şəbəkəsində rüsvayedici başlıqlarla paylaşacağını deyib. Elnur Ayselin hədələrindən sonra polisə müraciət edib.

Müraciət əsasında Aysel Qurbanova şübhəli şəxs qismində saxlanılaraq, barəsində Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə istintaq yekunlaşıb və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar