Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
BÜTÜN XƏBƏRLƏR

Qan təzyiqinin azalmasının üç əsas səbəbi müəyyən edilib

Tarix: 25-01-2024 09:16     Baxış: 3202 A- / A+
Qan təzyiqi yemək yeyərkən, bədən mövqeyini dəyişərkən, həmçinin uzun müddət dayandıqdan sonra kəskin şəkildə düşə bilər.

Bu barədə rusiyalı kardioloq Olqa Bokeriya danışıb.

Bədənin vəziyyətinin dəyişməsi nəticəsində qan təzyiqinin kəskin azalması ortostatik hipotenziya adlanır, adətən fiziki fəaliyyətə uyğunlaşmayan, çox hərəkət etməyən yaşlı və ya gənclərdə müşahidə olunur.

Yeməkdən sonra qan təzyiqi ən çox ilkin qan təzyiqi yüksək olan və ya avtonom sinir sisteminin xəstəlikləri olan xəstələrdə düşür.

"Kiçik, az karbohidratlı yeməklər yemək, bol su içmək və alkoqoldan qaçmaq adətən problemi həll edir”, - deyə mütəxəssis qeyd edib.

Kardioloq qan təzyiqinin kəskin düşməsinin digər səbəbi kimi uzun müddət ayaq üstə durmağı göstərib. Bu tip hipotenziya nevrogen adlanır. Adətən uşaqlarda və gənclərdə olur. Bəzi hallarda aşağı təzyiq problemi beyin və ürək arasında əlaqənin pozulması səbəbindən baş verir.
Olqa Bokeriya qanda stress hormonunun səviyyəsini necə azaltmağın mümkünlüyündən də danışıb. Həkim qeyd edib ki, toxunma orqanizmə faydalı təsir göstərir və qanda kortizol səviyyəsini azaltmağa kömək edir, oksitosinin ifrazını stimullaşdırır. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar