Xəbər lenti
Cinsi orqanını yararsız adlandırıb kəsdi
İngiltərədə cinsi orqanı kəsilmiş halda parkda tapılan uelslinin işi ilə bağlı istintaq başa çatıb.
63 yaşlı Reginald Alan Roaç 6 noyabr 2022-ci ildə Banqorda keçmiş tibb bacısı Marqaret Vebster tərəfindən aşkar edilib. Adam çəmənlikdə hərəkətsiz uzanıqlı halda tapılıb. Vebster idman şalvarının qasıq nahiyəsinin qanla boyandığını görüb. Onun sözlərinə görə, qurban inildəyib və nəbzi demək olar ki, hiss olunmayıb.
Hadisə yerinə gələn həkimlər Roaçın cinsiyyət orqanının kəsildiyini müəyyən ediblər. Kişi xəstəxanaya çatdırılsa da, ağır qan itkisi səbəbindən onu xilas etmək mümkün olmayıb. Həkimlər polisə müraciət ediblər. Tezliklə məlum olub ki, Roaç təkbaşına cinsiyyət orqanını kəsib. Məlum olub ki, kişinin psixi problemləri var. Müalicə edən həkim xatırladıb ki, onunla söhbətində Roaç cinsi orqanını yararsız hesab edib.
Kişinin yaxınları bildiriblər ki, 2022-ci ildə o, ağır kəllə-beyin travması alıb və o vaxtdan bəri işləyə bilmir. Ona şizofreniya və çoxsaylı şəxsiyyət pozğunluğu diaqnozu qoyulub. Roaç özünü pedofil hesab edib və uşaqlara qarşı cinayətləri barədə heç nə məlum olmasa da, bundan çox narahat olub. O, bir dəfə ictimaiyyət qarşısında özünü ifşa edib, bundan sonra cinsi cinayətkarlar siyahısına salınıb.
İstintaq müəyyən edib ki, Roaç ölümcül yaranı özünə vurub, alkoqol və ya digər maddələrin təsiri altında olmayıb. Səhiyyə Şurası gələcəkdə belə faciəvi hadisələrin baş verməməsi üçün psixi pozğunluğu olan xəstələrə nəzarətin gücləndirilməsinin vacibliyini bəyan edib. lent.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar