Xəbər lenti
Goranboy rayon Qaraçinar kəndində seçicilərlə görüş keçirildi - ŞƏKİLLƏR

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də Goranboy rayon Qaraçinar kəndində yaşayan Kəlbəcərli seçicilərlə görüş keçirilib.
Manevr.az xəbər verir ki, görüşdə Millət vəkili Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Kəlbəcər rayon komitəsinin sədri Məhiyyədin Əbdürrəhmanov, Kəlbəcərli ziyalılar, şəhid ailələri, qazilər və və rayon sakinləri iştirak ediblər.
Görüş zamanı çıxış edən natiqlər dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində Azərbaycanın sürətli inkişafa nail olduğu, bütün sahələrdə mühüm uğurların əldə edildiyi söyləyiblər. Qeyd olunub ki, Azərbaycan bu gün beynəlxalq arenada söz sahibi olan bir dövlətə çevrilib.
Şəhid ailəri və qazilər cənab İlham Əliyevin Qalib Azərbaycan xalqının yeganə seçimi olduğunu diqqətə çatdırıblar.
Çıxış edən seçicilər Kəlbəcərlilərin hər zaman dövlətə- dövlətçiliyə sadiq olduqlarını vurğulayıblar. Cənab İlham Əliyevə xalqımızın hər zaman olduğu kimi bu dəfə də dəstək verəcəyinə əminliklərini ifadə ediblər.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.














Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar