Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Yeni ekspres avtobuslarla bağlı narazılıq – AYNA-dan reaksiya

Tarix: 23-01-2024 18:14     Baxış: 3132 A- / A+

Xəbər verdiyimiz kimi, yanvarın 21-dən Sumqayıt-Bakı ekspres avtobusları fəaliyyətə başlayıb. Sərnişinlər ilk gündən problemlə rastlaşdıqlarını bildirirlər. İntervalın 11 dəqiqə olacağı bildirilsə də, avtobuslarda oturacaqların hamısı dolmamış hərəkət etmədiyi iddia olunur. Həmçinin artıq iki gündür səhər saatlarında avtobusda ödəniş kartını oxuma cihazlarının işlək olmadığını deyirlər. Nəticədə sərnişinlər növbədə dayanan digər avtobuslara yönləndirilib.
Avtobusun ödəniş üçün nəzərdə tutulan avadanlığının əvvəlcədən yoxlanılıb-yoxlanılmadığı və intervalın uzanma səbəbi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlanıb.
Manevr.az xəbər verir ki, AYNA-nın mətbuat katibi Tural Orucov teleqraf.com-a açıqlamasında iddiaları təkzib edib.
O bildirib ki, Sumqayıt-Bakı ekspres xəttində 14 avtobus 11 dəqiqə intervalla sərnişinlərə xidmət göstərir: “Sürətli sərnişindaşımanı təmin edən ekspres avtobuslar müntəzəm reyslərə aiddir və qrafik üzrə hərəkət edir”.
Oxuma cihazlarının işlək olmamasına gəlincə, Tural Orucov qeyd edib ki, reysqabağı bütün oxuma cihazlarının yoxlanışı həyata keçirilir: “Avtobusun ödəniş üçün nəzərdə tutulan avadanlığında nasazlıq yarandığı təqdirdə isə nasazlıq tez bir zamanda aradan qaldırıla və ya sərnişinlər növbəti ekspres avtobusunla yola salına bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar