Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rəis müavininin adı keçən sifarişli qətldə hökm oxundu

Tarix: 23-01-2024 15:18     Baxış: 4131 A- / A+



12 il əvvəl 37 yaşlı iş adamını sifarişlə qətlə yetirməkdə ittiham olunan Əhəd Salahovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə istintaqının sonunda prokuror ittiham nitqi ilə çıxış edərək Salahovun verilmiş ittihamla təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilməsini tələb edib.
Əvvəl də xəbər verdiyimiz kimi, Ə.Salahov cinayət işi ilə bağlı özünü təqsirli bilmir, yeganə günahı kimi hadisə günü cinayət baş verən ərazidə olmasını görür.
Sonuncu iclasda onun vəkili Orxan Cəfərbəyli müdafiə çıxışı edib. Vəkil çıxışında deyib ki, müvəkkilinin ittiham edilməsi üçün yeganə əsas ibtidai araşdırma dövründə verdiyi ilk ifadəsidir. Bundan başqa heç bir bir mötəbər dəlil və sübut ortaya qoyulmayıb: "Şəxs özü də məhkəmədə etiraf etdi ki, ilk ifadəsini qəbul etmir. Salahovun mühakiməsi üçün heç bir əsaslı sübut, o cümlədən cinayət aləti yoxdur. Bundan başqa, müvəkkilimin sifariş yerinə yetirdiyi sübut olunmayıb, həmçinin iddia olunan sifarişin doğrudan da Firudin tərəfindən verilib-verilməməsi məsələsi açıq qaldı. Ən əsas məqam isə ekspert rəyində göstərilib. Rəydə göstərilir ki, zərərçəkmiş şəxsə arxa və ön hissədən vurulan əsas zərbələrin hər ikisi sağdan-sola doğru vurulub. Amma hamımız bilirik ki, Salahov solaxaydır. Solaxay adamın sağdan-sola zərbə vurması öldürücü zərbə ola bilməz. Məntiqlə zərbə onun kürək hissəsindən həm sola düşməli, həm soldan sağa doğru gəlməli idi.
Digər əsas məqam isə qətlin sifarişçisi olduğu iddia edilən Firudin Məmmədovun hadisə gecəsi Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovla 17 dəfə telefonla danışmasıdır. Məlum olduğu kimi, zərərçəkmişin Şahbazovla əlaqəsi olub, sonradan isə münasibətləri korlanıb. Bəlkə elə qətlin sifarişçisi Firudin yox, Rüstəm Şahbazovdur? Məlum olduğu kimi, Firudin hadisədən elə 3 gün sonra bilinməyən səbəbdən intihar edib. Bu intihar da hamıya maraqlı qalıb. Bu məsələlər də qaranlıq qaldı. Hörmətli məhkəmə, bütün sadaladığım halları nəzərə alaraq müvəkkilimə təqsiri sübuta yetirilməməsi əsası ilə bəraət verilməsini xahiş edirəm".
Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər heyəti müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Ə.Salahov sifarişlə adam öldürməkə təqsirli bilinərək 14 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, adıçəkilən rəis müavini Rüstəm Şahbazov daha əvvəl iş üzrə təqsirləndirilən şəxsin vəkili Orxan Cəfərbəylinin vəsatəti əsasında məhkəməyə çağırılmışdı. O, ifadəsində irəli sürülən iddiaları rədd etmişdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar