Sizin Reklam Burada
Xəbər lenti
25-02-2025
24-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakı-Sumqayıt ekspress avtobusları ilə bağlı açıqlama:"Ciddi uğur gətirməyəcək"

Tarix: 22-01-2024 17:43     Baxış: 3153 A- / A+
Bakı-Sumqayıt ekspress avtobusları ilə bağlı AÇIQLAMA:

Xəbər verdiyimiz kimi, Bakı və Sumqayıt arasında ekspress avtobuslar fəaliyyətə başlayıb.
Manevr.az-ın xəbərinə görə, bununla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib ki, bu, irəliyə doğru atılan ciddi addımdır: “Lakin görüləcək işlər hələ çoxdur. İki şəhər arasında təkcə vağzaldan-vağzala sərnişindaşıma ciddi uğur gətirməyəcək. Bu iki şəhərə vahid aqlomerasiya kimi, vahid mobillik zonası kimi baxılmalıdır. On minlərlə insan gündəlik olaraq bu iki şəhər arsında gedib-gəlir. Ya təhsil, ya iş, ya da digər məsələlərə görə... Ona görə də Sumqayıtın bir neçə yerindən Bakının bir neçə yerinə və əksinə ictimai nəqliyyat təşkil edilməlidir”.
Ekspert bildirib ki, daha kiçik tutumlu, ehtiyac olan istiqamətdə isə həm də iri tutumlu avtobuslar, ekspress marşrutlar yaradılmalıdır: “İki şəhər arasında qatarla daşıma imkanları da yaxşılaşdırılmalıdır. Əks təqdirdə, Bakı-Sumqayıt arasında hərəkət edən fərdi avtomobillər və taksilərlə səyahət sayını azaltmaq asan olmayacaq. Nəzərə alınmalıdır ki, müasir insan üçün təkcə gediş haqqı yox, həm də yola sərf edilən zaman vacibdir”. 

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar