Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Hava ilə bağlı xəbərdarlıq: Yenə qar yağacaq

Tarix: 20-01-2024 16:18     Baxış: 3314 A- / A+

Havanın temperaturu 5-10 dərəcə enəcək, yağış, qar yağacaq, güclü külək əsəcək.
Bu barədə  Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra Bakıda və Abşeron yarımadasında yanvarın 21-i axşamdan 24-ü səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 22-si gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30 ms/-dək güclənəcəyi gözlənilir: "Yanvarın 23-dən 24-ü gündüzədək fasilələrlə yağıntılı olacağı, yağışla başlayan prosesin bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Yanvarın 22-si Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 24-ü axşamadək arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir”.

G.Məmmədova bildirib ki, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Lənkəran-Astara, Mərkəzi Aran bölgəsində yağıntıların intensivləşəcəyi ehtimalı var: “Qərb küləyi 15-20 m/s, əsasən dağlıq və dağətəyi rayonlarda arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcək. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar