Manevr.az xəbər verir ki, Bu fikirləri Metbuat.az-a açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.
Son günlərdə növbədənkənar prezident seçkisi ilə bağlı əfv sərəncamının olub-olmayacağına dair müzakirələrə aydınlıq gətirən Əliməmməd Nuriyev qeyd edib ki, prezident seçkisi baş tutduqdan sonra hər hansı əlamətdar günlərin birindən öncə əfv sərəncamının olma ehtimalı istisna deyil:
Əliməmməd Nuriyev qeyd edib ki, ölkə başçısı konstitusion səlahiyyətlərinə görə, nə vaxt istəsə, əfv sərəncamı imzalaya bilər:
“Prezident seçkiləri yekunlaşdıqdan sonra, Ramazan bayramı və ya digər qarşıdan gələn bayramlarda belə əfv sərəncamı ola bilər. Amma hazırda bu mövzu ilə bağlı qəti fikir söyləmək mümkün deyil. Əfv sərəncamının imzalanması birbaşa ölkə başçısının müstəsna səlahiyyətidir. Odur ki, növbəti vaxtlarda əfv sərəncamının olma ehtimalı var”.