Xəbər lenti
Toydan 8 gün sonra boşanan polis yenidən evləndi

Uttar Pradeş sakini ondan 8 gün sonra qeyri-qanuni boşanan polis ərindən şikayət edib. Məlumata görə, Əzim adlı şəxs qeyri-qanuni olan "üçlü talaq" adlanan qaydadan istifadə edib. Hindistan müsəlmanları arasında yayılmış bu şəriət qaydasına görə, kişi üç dəfə "talaq" kəlməsini tələffüz etməlidir, bundan sonra onun nikahı batil sayılır.
Üstəlik, qeyri-qanuni boşanmadan bir neçə gün sonra Əzim başqa qadınla evlənib. Eyni zamanda, boşanan qadın polislə yeddi il münasibətdə olub və onun sevgilisindən xəbəri olmayıb.
Tərk edilmiş hindistanlı qadın iddia edir ki, qalmaqal yaradandan sonra Əzim onu döyüb və qohumları ilə birlikdə zorakılıqla hədələyib. O, həmçinin bildirib ki, keçmiş ərinin qohumları onu üç gün girov saxlayıblar. Bundan sonra o, xəyanətkar ərindən qisas almaq qərarına gəlib.
Hindistanlı qadının ifadəsi qəbul edilib və polis əməkdaşları onu bütün lazımi yardımı göstərəcəklərinə əmin ediblər. lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar