Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı aeroportda 10 milyonluq qızılla tutuldu

Tarix: 18-01-2024 19:21     Baxış: 4208 A- / A+
Moskvanın "Domodedovo” hava limanının gömrükçüləri Azərbaycan vətəndaşını üzərində on milyon rubl (təxminən 190 min manat) dəyərində markalı qızıl-zinət əşyaları ilə saxlayıb.

Bu barədə Federal Gömrük Xidmətindən bildirilib.
Məlumata əsasən, Bakıdan uçan 35 yaşlı əcnəbi gömrük rüsumunu ödəmədən Rusiyaya 2,4 milyon rubl (təxminən 45 min 600 manat) dəyərində qızıl-zinət əşyaları gətirmək istəsə də, yaxalanıb. Müfəttişlər onun bel çantasında "Bvlgari” saatı, "Qrisogono” üzüyü və brilyant, beril, eləcə də korund əlavələri olan qızıldan hazırlanmış "Graff "sırğaları aşkar ediblər.

Federal Gömrük Xidməti bildirib ki, həmin şəxsin yanında mavi sapfir sertifikatı olub, lakin qiymətli daşın özü yoxdur. Məlum olub ki, o, qızıl üzükdə bərkidilib. Qaçaqmalçını 7 ilə qədər həbs cəzası gözlədiyi ehtimal edilir./lent.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar