Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Kakaonun qiymətində tarixi rekord – Şokolad BAHALAŞACAQ

Tarix: 18-01-2024 19:15     Baxış: 3315 A- / A+
Birjada bahalaşan qidalardan biri də kakao olub.
Manevr.az bakupost.az-a istinadən xəbər verir ki, dünyada kakao istehsalında defisit fonunda qiymət tarixi rekorda çatıb. 17 yanvarda London birjasında kakaonun tonu 4728 dollara qalxıb.
Nyu-York birjasında isə kakao 4429 dollardan satılır.
Hazırda kakao əvvəlki illərdəki kimi çox hasil olunmur, daşınma və çatdırılmada problemlər var.
Kakao defisitinin üçüncü rübə qədər davam edəcəyi gözlənilir.
İqtisadçıları narahat edən məqam bahalaşmanın şokolad istehsalı və satışına təsirinin olacağı ilə bağlıdır.
Kakao istehsalının 60%-i Qana və Fildişi Sahilinin payına düşür. Digər iri tədarükçülər İndoneziya, Braziliya və Nigeriyadır.
Bu ölkələrdə davamlı yağışlar və yayılan xəstəliklər məhsuldarlığı kəskin azaldıb.
İstehsalçılar kakao ehtiyatlarının da azaldığını bildirib.
Artıq İsveçrənin məşhur şokolad şirkətləri 2023-cü ilə nisbətən xammalın 10% bahalaşdığını açıqlayıb.
Bu kakao tərkibli bütün ərzaqların, şokoladın qiymətinin artacağını qaçılmaz edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar