Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Pensiya artımları kimlərə şamil ediləcək? - Nazir müavini AÇIQLADI

Tarix: 17-01-2024 09:30     Baxış: 4289 A- / A+
''Postmüharibə dövründə şəhid ailəsi üzvləri və müharibə əlilləri, həmçinin müharibə veteranı olan 104 min şəxsə 117 min sosial ödəniş təyin edilib''.
Manevr.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ötən ilin yekunlarına dair həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində 4 039 nəfərə əlillik təyinatı aparılıb, 22,3 min şəxsə birdəfəlik ödəmə təyin olunub.
Anar Əliyev deyib ki, 11 min nəfərə 56,3 min reabilitasiya xidməti göstərilib, 460 hərbçi 481 ədəd yüksək texnologiyalı protezlə təmin edilib. 6 min mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə təqdim olunub.

Nazir müavini müharibə veteranları və qazilər üçün verilən müavinətlərin artırıla biləcəyinə də diqqət çəkib.
O, qadınların pensiya yaşının azaldılmasından da danışıb.

Nazir müavini əlavə edib ki, fevral ayında pensiya indeksləşdirilməsi 1 milyon 100 min şəxsə şamil ediləcək. ''Pensiya məbləğinin neçə manat artacağı hələlik məlum deyil. Bu, Dövlət Statistika Komitəsinin təqdim edəcəyi məlumata uyğun olaraq aparılacaq'', - deyə Anar Əliyev əlavə edib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar