Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Yaxın zamanda Laçın-Kəlbəcər magistral internet xəttinin tikintisinə start veriləcək

Tarix: 15-01-2024 21:45     Baxış: 3159 A- / A+
Yaxın zamanda Laçın-Kəlbəcər magistral internet xəttinin tikintisinə start verilməsi gözlənilir.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Tural Pirverdiyev “ASAN Radio”nun canlı efirində deyib.

Onun sözlərinə görə, artıq Xocalı-Xankəndi magistral internet xəttinin tikintisinə başlanılıb:

“Xocalı şəhərinə artıq prefiks təyin olunub. Böyük Qayıdış planına uyğun olaraq oraya köçürüləcək sakinlər yüksək sürətli optik internetlə təmin olunacaq”.

T. Pirverdiyev qeyd edib ki, Xankəndində ilk nömrənin tanıdılması baş verdi:

“Orada fəaliyyət göstərən dövlət və qeyri-dövlət təşkilatları internetlə təmin olunub. Gələcəkdə abonentlərin genişzolaqlı internet xidməti ilə təmin olunması üçün lazımı avadanlıqlar yerləşdirilib. Eyni zamanda Şuşa şəhərində 500, Laçın şəhərində isə 1 246 təsərrüfata genişzolaqlı internet şəbəkəsinə çıxış imkanı təmin olunub”. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar