Xəbər lenti
Oğuzda evləri yanan ailələrə yardım ediləcək

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Oğuz rayon bölməsinin müdiri Yaqub Abbasov məlumat verib.
Yanvarın 12-də Oğuzda 4 ailənin, ümumilikdə 15 məcburi köçkünün məskunlaşdığı ev anidən alovlanıb. Yanğın zamanı tikili yararsız vəziyyətə düşüb.
Evi yanan Aftandil Piriyev "Report"un yerli bürosuna bildirib ki, yanğın baş verən an evdə olub və yaşlı anasını çətinliklə xilas edib:
"Qoca anamı zorla evdən çıxardım. Tüstü məni boğduğundan heç mobil telefonumu götürə bilmədim. Hər şeyimiz yandı, bütün sənədlər, qızıllar və əşyalar".
"Lakin onlar uşaqlarının burada oxumasını, iş yerlərinin, qohum-əqrabalarının burada yaşamasını əsas götürərək razılıq verməyiblər. Komitə tərəfindən digər tədbirlər görülür, onların məskunlaşması üçün işlər aparılır və qısa müddətdə məskunlaşdırılacaqlar".
Qeyd edək ki, bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yanğın nəticəsində evsiz qalan ailələr isti qış geyimləri və pal-paltarla eləcə də yatacaq və digər ləvazimatlarla təmin olunacaqlar.report.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar