Xəbər lenti
Azərbaycan Gürcüstana 16 ceyran bağışlayıb

Bu barədə Mühafizə olunan ərazilər üzrə Milli Agentlik məlumat yayıb.
Ceyranlar Azərbaycan-Gürcüstan sərhədi yaxınlığındakı Dedoplistskaro bələdiyyəsinin Samuxi qoruq ərazisinə buraxılıb.
Сeyranlar gürcü zooloqlarını xüsusi narahat edən mövzudur. Keçən əsrin 60-cı illərinə qədər bu heyvanların böyük populyasiyası Samuxi vadisində mövcud idi. Lakin urbanizasiya və brakonyerlik səbəbindən ceyranlar yoxa çıxmağa başladı.
2013-cü ildə populyasiyanın bərpası üzrə proqram başlanıldı. Həmin vaxt Azərbaycanın Şirvan Milli Parkından ölkəyə on ceyran gətirilmişdi. İndi Gürcüstanda onların sayı 300-dən çoxdur.
Heyvanlara nəzarət edilir və təhlükəsiz yaşayış mühitini təmin etmək üçün tədbirlər görülür. Layihə Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən dəstəklənir. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar