Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda həbsdə olan qadın uşaq dünyaya gətirdi

Tarix: 12-01-2024 18:16     Baxış: 3275 A- / A+

Dörd ay əvvəl Sumqayıt şəhərinin Corat qəsəbəsində ərini öldürmə ittihamı ilə həbs edilmiş 34 yaşlı Əfsanə Məmmədovanın istintaq təcridxanasında övladı dünyaya gəlib.


Manevr.az-ın məlumatına görə, Əfsanə Penitensiar Xidmətin müalicə müəssisəsində ana olub.

Bu günlərdə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti başa çatıb. İbtidai araşdırmaya prosessual rəhbərlik edən prokuror seçilmiş qətimkan tədbirinin uzadılması üçün məhkəməyə təqdimat verib. Sumqayıt Şəhər Məhkəməsi məhkum ananın həbsdə saxlama müddətini 3 ay daha uzadıb.
Xanım müttəhimə qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bu maddənin sanksiya həddi 9 ildən 14 ilə kimidir. Qanuna əsasən himayəsində yetkinlik yaşına çatmayan övladının olması müttəhimin cəzasını yüngülləşdirən hallardan hesab edilir.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda baş verib.

İddianamədə deyilir ki, Ə.Məmmədova əri Ağahüsyen İmanovu bıçaqla qətlə yetirdikdən sonra könüllü olaraq təslim olub. Onlar hadisədən 3 ay əvvəl ailə həyatı qurublarmış."Qafqazinfo”

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar