Xəbər lenti
Tibbdə NADİR HADİSƏ: 73 yaşlı qadının bətnində “daş körpə” tapıldı - Şəkillər
73 yaşlı əlcəzairli qadın qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edərək tibb aləmində nadir rast gəlinən bir hadisəni ortaya qoyub.
“Daş uşaq” tibb ədəbiyyatında “litopediya” kimi tanınan çox nadir bir hadisədir. Bəs, bu fenomenin arxasında duran elmi reallıq nədir?
Əlcəzairli qadının yaşadığı qeyri-adi sağlamlıq vəziyyəti həkimləri və tibb dünyasını təəccübləndirib. 73 yaşlı qadın şiddətli qarın ağrısı ilə xəstəxanaya müraciət edərkən həkimlər onun uşaqlıq borusunda qeyri-adi bir şey aşkar ediblər. "Lithopedion" adlanan bu vəziyyət xalq arasında "daş uşaq" kimi tanınır.
Nadir hadisə
Milli Tibb Kitabxanasının məlumatına görə, bu vəziyyət adətən uşaqlıqdan kənar hamiləlik nəticəsində baş verir.
Ektopik hamiləlik, döllənmiş yumurtanın uterusdan kənarda, əksər hallarda fallopiya borularında inkişaf etdiyi bir vəziyyətdir.
Əgər döl ana orqanizmi tərəfindən sorulacaq qədər kiçik deyilsə və ölürsə, ananın immun sistemi tərəfindən yad cisim kimi qəbul edilir və zamanla kalsifikasiya olunur.
Milli Tibb Kitabxanası bildirir ki, bu vəziyyət bütün hamiləliklərin yalnız 0,0054 faizində baş verir. Mövzu ilə bağlı danışan həkim Karan Raj deyir ki, bu, həm də insan bədəninin nə qədər çevik və uyğunlaşa bildiyinin sübutudur.
Tarixdə “Litoredion”
Tibb tarixində "litopediya" halları çox keçmişə gedib çıxır. İlk qeydə alınan hadisə 1582-ci ildə Fransada olub və o vaxtdan bəri dünyada yalnız bir neçə yüz hadisə qeydə alınıb.
Müasir tibbi texnologiya ilə bu hallara daha erkən diaqnoz qoyulsa da, bəzi hallarda yenə də sürpriz bir tapıntı kimi ortaya çıxa bilər.
Bu fenomen təkcə tibb mütəxəssisləri üçün problem deyil, həm də insan bədəninin sirlərini açmaq üçün mühüm tədqiqat mövzusudur.
Ektopik Hamiləlik Fondunun mütəxəssislərinin fikrincə, belə hallar tibbi təhsil və tədqiqatlarda mühüm yer tutur və ektopik hamiləliyin daha yaxşı başa düşülməsi üçün vacib məlumatlar verir. lent.az

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar