Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Narkomanlar dayanacağı sığınacağa çevirdi - Bakıda ACI MƏNZƏRƏ

Tarix: 10-01-2024 20:21     Baxış: 3161 A- / A+
Bakıda narkoman və tüfeyli həyat tərzi keçirən şəxslər dayanacaqlardan sığınacaq kimi istifadə edirlər.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılır.

Bildirilir ki, “Nizami” metro stansiyası yaxınlığında “5 mərtəbə” adlanan ərazidə yerləşən qapalı avtobus dayanacağı narkomanların sığınacaq yerinə çevrilib. Sakinlər bu kimi hallara qarşı aidiyyəti qurumları tədbir görməyə səsləyirlər. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə sorğu ünvanlanıb.

Qurumun mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, dilənçilik, avaralıq və tüfeyli həyat tərzi sürən şəxslərlə bağlı profilaktiki tədbirlər polis əməkdaşları tərəfindən diqqət mərkəzində saxlanılmaqla davam etdirilir:

“Bu şəxslərin öz əməllərini həyat tərzinə çevirməsinin şahidi oluruq. Profilaktiki tədbirlər zamanı polis əməkdaşları tərəfindən bu kimi hallar aşkarlandıqda dərhal aidiyyəti dövlət qurumlarına məlumat verilir, həmin şəxsin təhlükəsizliyi təmin olunmaqla müvafiq tədbirlər görülür”. lent.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar